Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hazırda hər hansı bir ciddi təhlükə gözlənilmir” – Ekspert dolların uçot dərəcəsinin artırılması haqqında

İqtisadçı ekspert: “Hazırda ABŞ sərt pul-kredit siyasəti yürütmür. Sadəcə ABŞ əvvəlki dövrlərdə həyata keçirdiyi yumsaq pul-kredit siyasətindən geri dönüş edir”

ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırma siyasəti proqrama və proqnoza uyğun şəkildə həyata keçirilir”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov Federal Ehtiyat Sisteminin bu il ərzində artıq üçüncü dəfə dolların uçot dərəcəsini qaldırmasını PİA.az-a şərh edərkən qeyd edib.

Bir gün əvvəl ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) Açıq Bazar Əməliyyatları Komitəsinin 2 günlük iclası başa çatıb.İclasın yekununda dolların uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 1,75-2%-dən 2-2,25%-ə qaldırılmasına qərar verilib. Bu artımın isə bir çox dünya ölkələrində dolların məzənnəsinin yüksəlməsinəı səbəb olacağı gözlənilir.

Qeyd edək ki, Tram hakimiyyətə gəldikdən sonra dolların uçot dərəcəsinin artırılması intensiv xarakter daşıyır. Mərkəzi Bankın funksiyasını həyata keçirən ABŞ-ın Federal Ehtiyyatlar Sistemi (FES) bu il daha 1 dəfə, 2019-cu ildə 3 dəfə və 2020-ci ildə 1 dəfə uçot dərəcəsini artırmaq niyyətindədir. Bu barədə maliyyə tənzimləyicisinin rəhbərliyinin iclasının yekunları üzrə yayılan məlumatında deyilir.

FES həmçinin ABŞ iqtisadiyyatının iqtisadiyyatının artım sürətinin bu il 3,1 faizə qədər artırmasını proqnozlaşdırılır. ABŞ-ın ÜDM artımı üzrə proqnoz 2019-ci il üçün 2,5 faiz təşkil edəcək, 2020-ci ildə isə 2 faizə qədər zəifələyəcəyi gözlənilir. Hazırda ABŞ-da işsizlik səviyyəsi 3,9 faiz təşkil edir.

Hazırda ABŞ-ın bu qədər sərt pul-kredit siyasəti yürütməsini nəylə əlaqələndirmək olar? Ticarət savaşları fonunda uçot dərəcəsinin artırılması dolların dünya bazarındakı mövqeyinə necə təsir edir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

Rəşad Həsənov: “Tramp nə qədər daha aşağı uçot dərəcəsinin tətbiqi siyasətini və daha ucuz ABŞ dolları siyasətini dəstəkləsə də, Federal Ehtiyat Sisteminin tutduğu xətt tam fərqlidir”.

Uzun müddətli dövrdə yumşaq pul-kredit siyasətinin iqtisadiyyatda balonlar formalaşdırdığını vurğulayan iqtisadçı Rəşad Həsənov əlavə edib ki, bu balonlar da növbəti böhranlara çağrışlar yaradır. Bu gün məhz bunun qarşısın almaq üçün ABŞ Federal Ehtiyat Sistemi daha ehtiyatlı və nisbətən genişləndirici pul siyasətinin imtina etmə yolu ilə pul-kredit siyasəti həyata keçirməyə çalışır:

“Hazırda ABŞ sərt pul-kredit siyasəti yürütmür. Sadəcə ABŞ əvvəlki dövrlərdə həyata keçirdiyi yumsaq pul-kredit siyasətindən geri dönüş edir. Bu da əvvəlcədən gözlənilən idi. Çünki ABŞ yumsaq pul-kredit siyasətini 2008-ci il böhranından sonra başladı. İlk dəfə olaraq 2015-ci ildə artıq iqtisadiyyatın yenidən pul-kredit siyasətinə baxması üçün şərait formalaşdırdı. Bu dövrdən də başlayaraq mərhələli şəkildə çox ehtiyatla hazırda uçot dərəcəsinin artırlması istiqamətində qərarlar qəbul edir.

Məsələ ondan ibarətdir ki, uzun müddətli dövrdə yumşaq pul-kredit siyasəti iqtisadiyyatda balonlar formalaşdırır. Bu balonlar da növbəti böhranlara çağrışlar yaradır. Bu gün məhz bunun qarşısın almaq üçün ABŞ Federal Ehtiyat Sistemi daha ehtiyatlı və nisbətən genişləndirici pul siyasətinin imtina etmə yolu ilə pul-kredit siyasəti həyata keçirməyə çalışır.

Rəşad Həsənov: “Ticarət savaşları müəyyən qədər qlobal iqtisadiyyat üçün risklər formalaşdırsa da, Federal Ehtiyat Sisteminin həyata keçirdiyi siyasətlə ABŞ hökümətinin həyata keçirdiyi siyasət arasında bir koordinasiya və əlaqə yoxdur”.

Ticarət savaşları fonunda uçot dərəcəsinin artırılması dolların dünya bazarındakı mövqeyinə heç bir ciddi təsir etmir. Faktiki olaraq bazarlar əvvəlcədən uçot dərəcəsinin artırılması qərarını qiymətləndirmişdi. Bu gözlənilməz qərar deyildi. İl ərzində 4 dəfə uçot dərəcəsinin artırılması proqnozlaşdırılıb. 4-cü dəfə uçot dərəcəsinin artırılmasının dekabr ayında baş tutacağı gözlənilir. 

##relatedPostMilli##

ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırma siyasəti proqrama və proqnoza uyğun şəkildə həyata keçirilir. Ticarət savaşları müəyyən qədər qlobal iqtisadiyyat üçün risklər formalaşdırsa da, Federal Ehtiyat Sisteminin həyata keçirdiyi siyasətlə ABŞ hökümətinin həyata keçirdiyi siyasət arasında bir koordinasiya və əlaqə yoxdur. Federal Ehtiyat Sistemi həm qlobal sferada iqtisadi dəyişiklikləri qiymətləndirir, həm də ABŞ iqtisadiyyatı üçün gözləntiləri qiymətləndirir. Qərarları da bu əsasda verir.

Yəni təsadüfü deyil ki, Tramp nə qədər daha aşağı uçot dərəcəsinin tətbiqi siyasətini və daha ucuz ABŞ dolları siyasətini dəstəkləsə də, Federal Ehtiyat Sisteminin tutduğu xətt tam fərqlidir. Bu isə onu deməyə əsas verir ki, indiki halda ticarət savaşları və ABŞ dolları siyasətinin koordinasiya olunması, birlikdə dünya iqtisadiyyatı üçün risklərin formlaşdırılması gözlənilən deyil. Hər hansı bir risklər formalaşarsa, böyük ehtimalnan müəyyən qədər bu istiqamətdə kompensasiya edici qərarlar qəbul ediləcəkdir. ABŞ dollarının kəskin möhkəmlənməsi və yaxud da dəyər itirməsi faktiki olaraq bu gün dünya iqtisadiyyatı üçün arzuolunan deyil. Həyata keçirilən siyasət də daha çox bu istiqamətdədir.

Rəşad Həsənov: “ABŞ dollarının kəskin möhkəmlənməsi və yaxud da dəyər itirməsi faktiki olaraq bu gün dünya iqtisadiyyatı üçün arzuolunan deyil”.

Nəticədə nə baş verdi? Uçot dərəcəsi artırıldı və nəticədə heç bir valyuta bazarında ciddi reaksiya görmədik. Həm inkişaf etmiş ölkələrin valyutalarının dəyərində, həm də inkişafda olan ölkələrin valyutalarının dəyərində bu qərara kəskin reaksiya yoxdur. Hazırda ABŞ dolları təxminən 1 faiz səviyyəsində ümumi valyuta səbətinə qarşı möhkəmləndirmə nümayiş etdirsə də, amma bu qısa müddətli təsirlədir. Böyük ehtimalla növbəti həftələrdə ABŞ dolları yenidən əvvəlki axarına istiqamətlənəcəkdir və hazırda hər hansı bir ciddi təhlükə gözlənilmir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - Anbaan video

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” - Video

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib

Ən çox oxunanalar