Kamala Harris narkotik kartelləri ilə mübarizə üçün resursları ikiqat artırmaq niyyətindədir...
Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris seçkidə qalib gələrsə, transmilli narkotik kartelləri ilə mübarizə üçün Ədliyyə Nazirliyinin resurslarını ikiqat artıracağ0ını vəd edib.
Siyasətçi ABŞ-a fentanil axınının qarşısını almaq üçün tədbirlər görməyi planlaşdırdığını bildirib. Bundan əlavə, Harris seçkilərdəki Respublikaçı rəqibi Donald Trampı narkotiklərlə bağlı ABŞ sərhədindəki problemlərin aradan qaldırılması məsələsində fəaliyyətsizlikdə ittiham edib.
Qeyd edək ki, Tramp ölkədəki “narkotik epidemiyası” ilə mübarizə aparmaq üçün narkotik alverinə görə ölüm cəzasının tətbiq edilməsini müdafiə edir. 2018-ci ildə prezident olarkən Tramp narkotik alverçiləri üçün ölüm cəzasının tətbiqini də təklif edib.
Poliqon.info