Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hande Harmancının nəyinə lazımdır ki..." - Rəşid Mahmudov

"Ümumdünya Səhiyyə Təşkilatı da elə Azərbaycan kimidir..."

“Ümumdünya Səhiyyə Təşkilatı da elə Azərbaycan kimidir, orda da qaydalara riayət edən yoxdur. Onların bizim ölkələrə təyin etdikləri mütəxəssislərin əksəriyyəti isə savadsızdır”

PİA.az xəbər verir ki, bunu Tibb Universitetinin dosenti (ATU) Rəşid Mahmudov deyib. O, Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətini tənqid edib:

“Biz koronavirusa görə qaydalara riayət etməliyik. Məsafə saxlamalıyıq, görüşəndə öpüşməli deyilik. Amma bizim millətin əksəriyyəti qaydalara riayət etmir, görüşəndə öpüşürlər. Ümumdünya Səhiyyə Təşkilatı da elə Azərbaycan kimidir, orda da qaydalara riayət edən yoxdur. Onların bizim ölkələrə təyin etdikləri mütəxəssislərin əksəriyyəti isə savadsızdır. Hande Harmancının nəyinə lazımdır ki, sən koronavirusa yoluxdun, yoxsa yox. Gedib Qubada, Qusarda meşələrdə gəzir. Elə yaxşı edib gəzir, onsuz da onlar Azərbaycana istirahətə gəlib. Sonra da çıxıb üzr istəyir. Ələ salırlar bizləri? Belə edəndə əlbəttə, insanların koronavirusa şübhəylə yanaşacaqlar”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının Azərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi günlərində şimal bölgəsində istirahətə yollanması ictimaiyyətdə müzakirələrə səbəb olub.(Moderator.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar

Ən çox oxunanalar