Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev şortik geyinən kişiləri hədələdi


“Ay əxlaqsız, ay şərəfsiz sən bədənini kimə göstərirsən?”


Bakıda şortik geyinən kişiləri fitə basmalıdırlar, onları saxlayıb lağa qoyub demək lazımdır ki, “Ay əxlaqsız, ay şərəfsiz sən bədənini kimə göstərirsən?”.

Bunu Oxu.Az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Novxanıda şortik qadağası ilə bağlı xəbəri şərh edərkən deyib.

Hafiz Hacıyev bildirib ki, o, şortik geyinən kişilərə pis baxır: 

“Artıq Azərbaycan xalqı bəzi adət-ənənələrini itirib. Avropada mənfi məqamlar görən kimi gəlib ölkəmizdə bunu tətbiq etmək istəyirik. Artıq artistlərimizin bir hissəsi bu milləti pozdu.  Azərbaycan televiziyaları isə əxlaqsızlığı yaymaqda bir nömrəli rol oynadılar. Nə qədər açıq-saçıq geyinən varsa onların hamısını nümayiş etdirdilər. Bunları görən bəzi oğlanlar bədənlərini nümayiş etdirməyə başladılar. Şortik geyinən şəxslərin əksəriyyəti harınlamış adamlardır. Özlərini aristokrat kimi təqdim etmək istəyirlər. Bunlar mənasız, dar düşüncəyə malik olan insanlardır. Azərbaycan siyasiləri utanmamalıdır, belə məsələyə reaksiya verməlidirlər. Abır-həyası, əxlaqı olan adam şortik geyinməz”. 

Partiya sədri şortikli kişilərlə mübarizə yolunu ictimai qınaqda görür:

“Onlara qarşı bir tədbir görülməlidir. Əsasən ictimai qınaq olmalıdır. Misal üçün şortik geyinən kişiləri fitə basmalıdırlar, onları saxlayıb lağa qoyub, qıçasına “kislota” tökmək lazımdır ki, o tövbə edib bir daha şortik geyinməsin. 

Qeyd edək ki, KİV-də yayılan məlumata görə, Novxanıda yerləşən məşhur restoranlarda “şortik qadağası” qoyulub. Bu məsələ ictimaiyyət tərəfindən geniş müzakirəyə səbəb olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Ən çox oxunanalar