Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstansız “3+3” formatında görüş... - Bu format regionun gələcəyi üçün nələr vəd edir?

Bu gün İranın paytaxtı Tehranda “3+3” formatında görüş keçiriləcək...

Politoloq: “Gürcüstanın olmaması ümumi platformaya o qədər də ciddi təsir etməyəcək”.

“Müəyyən bir zamandan sonra Gürcüstan da “3+3” formatına qatıla bilər. Amma görünən odur ki, indiki mövcud şərait Gürcüstanın oraya qatılmasına imkan vermir”.

Bu sözləri politoloq Samir Hümbətov bu gün Tehranda keçiriləcək “3+3” formatını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, bu gün İranın paytaxtı Tehranda “3+3” formatında, lakin Gürcüstanın iştirakı olmadan Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirləri görüşəcək.

Bu format Cənubi Qafqazada sülhün bərəqərar olmasına və iqtisadi inteqrasiyaya hansı töhvələr verə bilər və Gürcüstanın bu formatda iştirak etməməsi regionun gələcəyi üçün hansı problemlər yarada bilər?

“3+3” formatının keçiriləcək görüşünü Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Ümumi olaraq, Gürcüstan region dövləti olaraq “3+3” formatında görüşlərə qatılsa, daha yaxşı olardı”.

Bu altılıq platformanı beşlik platforma kimi də davam etdirməyin mümkün olacağını düşünən politoloq Poliqon-a bildirib ki, əsas olaraq bu platformanın işləkliyini təmin etməkdir:

“Bu gün Gürcüstanın iştirakı olmadan Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək. Düşünürəm ki, Gürcüstanın olmaması ümumi platformaya o qədər də ciddi təsir etməyəcək. Gürcüstan “3+3” formatındakı görüşə qatılmamaq barədə bir neçə səbəb göstərir:

Birincisi, hökümət mövcud daxili gərginlikdən qorxur. Yəni, cəmiyyətə təsiri ola bilər;

İkincisi, Avropanın basqıları ola bilər;

Üçüncüsü, Gürcüstanın ərazilərini Rusiyanın işğal etməsi məsələsi.

Ümumi olaraq, Gürcüstan region dövləti olaraq “3+3” formatında görüşlərə qatılsa, daha yaxşı olardı. Platformada Gürcüstanın daha çox Azərbaycanla iqtisadi əməkdaşlığı var. Amma Gürcüstanın görüşlərə qatəlmamasına görə Avropanın təsir imkanları orada formalaşır. Bu da ümumilikdə götürəndə platformada haradasa, bir boşluq kimi görünəcək.

Samir Hümbətov: “Gürcüstanın “3+3” formatında olması yaxud da olmaması elə də ciddi dəyişiklik deyil”.

Düşünürəm ki, bu altılıq platformanı beşlik platforma kimi də davam etdirmək mümkün olacaq. Əsas olaraq bu platformanın işləkliyini təmin etməkdir. Hesab edirəm ki, müəyyən bir zamandan sonra Gürcüstan da “3+3” formatına qatıla bilər. Amma görünən odur ki, indiki mövcud şərait Gürcüstanın oraya qatılmasına imkan vermir. Bu baxımdan da, mən bu platformanın hələ ki, Gürcüstansız davam edəcəyini gözləyirəm.

Bir daha qeyd edim ki, Gürcüstanın “3+3” formatında olması yaxud da olmaması elə də ciddi dəyişiklik deyil. Çünki Gürcüstanın bütün kommunikasiya və iqtisadi əlaqələri daha çox Azərbaycanla və Türkiyə üzərindədir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar

Ən çox oxunanalar