Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda “Formula 1” yarışları ilə bağlı təqdimat keçirilib


Bu gün Gürcüstan paytaxtında Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisi haqqında məlumat xarakterli təqdimat keçirilib


APA-nın Gürcüstan bürosunun xəbərinə görə, tədbirdə gürcü və azərbaycanlı jurnalistlər qarşısında çıxış edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Tiflisdə keçirdikləri təqdimatın məqsədini açıqlayıb: “Məqsədimiz “Formula 1” haqqında Gürcüstan əhalisinə və biznes sektoruna məlumat çatdırmaqdır. “Formula 1” dünyada ən böyük TV auditoriyasına malik idman tədbirlərindən biridir. “Formula 1” futbol üzrə dünya çempionatı və yay Olimpiya oyunlarından sonra TV auditoriyasına görə üçüncü yerdədir. Onlardan fərqi isə odur ki, öncə qeyd etdiyim tədbirlər dörd ildə bir dəfə keçirilirsə, “Formula 1” hər il keçirilir. Buna görə də “Formula 1”in TV izləyiciləri çoxdur”.
 
N. Arpadarai “Formula 1” yarışlarının təkcə Azərbaycan üçün yox, bütün region üçün önəmli bir tədbir olduğunu söyləyib: “Azərbaycana gələn turistlər Bakını və region ölkələrini görmək istəyirlər. Onların Gürcüstana getmək istəkləri də ola bilər. Bu baxımdan biz düşündük ki, gürcü ictimaiyyətinə “Formula 1” haqqında məlumatlar çatdıraq və Gürcüstan əhalisinin tədbirə gəlmək imkanı olsun, eləcə də “Formula 1”in açdığı fürsətləri müzakirə edək”.
 
Tədbirdə çıxış edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməliyyatlar şöbəsinin müdiri Bülent Özerdim iyun ayının 23-dən 25-dək Bakıda keçiriləcək “Formula 1” yarışları üçün satılan hər 100 biletdən 60-nın xarici ölkə vətəndaşları tərəfindən əldə edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, tədbirdə iştirak etmək üçün dünyanın 50 ölkəsindən sifarişlər verilib: “Bu, bizi çox sevindirir. Düşünürük ki, əvvəlki illərdə olduğu kimi, bu ildə də “Formula 1” tədbiri maraqlı və möhtəşəm keçiriləcək”.    
 
Sonda “Formula 1” Azərbaycan Qran-Prisi haqqında video nümayiş etdirilib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri də iştirak edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar