Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan prezidenti seçkilərdə qadınlar üçün kvotaları ləğv edən qanuna veto qoyub

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərində partiya siyahılarında olan qadınlar üçün kvotaları ləğv edən qanunu imzalamaqdan imtina edib...

Poliqon xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili parlament bürosunun iclasında məlumat verib.

“Seçki məcəlləsinə gender kvotası ilə bağlı dəyişikliklərlə bağlı veto almışıq. Biz bu məsələni hüquqi məsələlər komitəsinə verəcəyik, o da bu məsələyə baxacaq və yalnız bundan sonra plenar iclasa çıxaracağıq”, deyə Papuaşvili bildirib.

Qeyd edək ki, parlament prezidentin vetosunu ləğv edərsə, qanun imzalanmaq üçün yenidən prezidentə göndəriləcək. Zurabişvili qanunu ikinci dəfə imzalamaqdan imtina edərsə, parlamentin spikeri onu imzalayacaq və bundan sonra qanun qüvvəyə minəcək.

Aprelin 4-də Gürcüstan parlamenti üçüncü və yekun oxunuşda qadınlar üçün kvotaları ləğv edən qanunu təsdiqləyib. Sənədin təşəbbüskarı müxalifətdə olan “Girçi” siyasi qrupudur. Seçki Məcəlləsinin hazırkı maddəsinə əsasən, parlament seçkilərində iştirak edən siyasi qüvvələrin partiya siyahılarında deputatlığa namizədlərdən hər dördündə ən azı bir qadın olmalıdır. Təşəbbüskarların fikrincə, Gürcüstanda qadınlar siyasi karyeralarında heç bir maneə ilə üzləşmirlər və xüsusi kvota tələb etmirlər. Və qanunvericilikdə kvotanın olması ölkədə qadınların guya sıxışdırıldığına dəlalət edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ən çox oxunanalar