Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günün brifinqi - Qaçış…

Moskvanın hakimiyyət kluarlarında “mərkəzdənqaçmalar” haqqında şayiələr dolaşır…

Moskvada Putinin ətrafından “qaçışlar” və yeni kadr dəyişiklikləri ilə bağlı şayiələr hər gün daha da artmaqdadır. Putinin ətrafından isə qaçanlar Kremldə “liberal düşərgəni” təmsil edənlərdir.

Anatoli Çubaysın “xüsusi hərbi əməliyyat”ın iflasının ilkin işartılarından sonra sözün həqiqi mənasında Rusiyadan qaçmasından sonra, Putinin “liberal düşərgəsindən ”birinci olaraq Aleksey Kudrin qopdu. O, martın əvvəlndən istefa ərizəsi ilə Putinə müraciət edirdi. Amma Kremlin şefi onun getməsinə izn vermirdi.

Bəlkə də Çubaysın Rusiyadan qaçışından sonra xaricdə uğradığı sui-qəsd Kudrini nümayişkəranə bir şəkildə Putinin komandasını tərk etməkdən çəkindirən əsas səbəb idi. Lakin noyabrda Kudrin Putini öz gedişinə razı sala bildi.

Putinin komandasında sanksiyalardan yayınmağı başaran yeganə adam olan Kudrinin indi növbəti prezident ola biləcəyi ilə bağlı şayiələr yaradılır. Hətta onun yaxın zamanda siyasi partiya yaradacağı və bu partiyada Rusiyada qalan liberal “qırıntıları” toplayacağı da iddia olunur.

Lakin Putinə hələ mart ayından istefa ərizəsi ilə müraciət edən təkcə Kudrin deyil. Putinin iqtisadi komandasının daha iki parlaq nümayəndəsi çoxdan Putindən “getmək” üçün icazə istəyirlər.

Onlar Mərkəzi Bankın əfsanəvi sədri Naibullina və “Sberbank”ın rəhbəri Qrefdir. Aleksey Kudrindən fərqli olaraq, Elvira Naibullina və Qerman Qref çoxdan Qərb sanksiyalarına məruz qalıblar və bu da onların ikisinin də uğurlu bir şəkildə Rusiyadan kənara çıxmalarını kifayət qədər çətinləşdirir.

Lakin buna baxmayaraq, siyasi karyeralarının olması hardasa imkansız görünən Naibullina və Qrefin Rusiyada qalmaları da problemlidir. Çünki güc nazirliklərinin rəhbərləri onları istədikləri zaman məsuliyyətə cəlb edə bilərlər və bu zaman da Putin səssizliyini pozmaya bilər. Hər halda “müharibə partiyası” onları “batan gəmidən ilk qaçmağa cəhd edən siçanlar” olaraq görürlər və onların cəzalandırılması başqları üçün də görk ola bilər.

Putinin batan gəmisindən qaçmağa cəhd edənlər arasında təkcə Kudrin, Qref və Naibullina yer almır. Qaçmağa çalışanlar arasında həmçinin Rusiya hakimiyyətində və Putinin ətrafında ciddi nüfuz sahiblərindən biri olan Sergey İvanovun daadı keçir. Daha doğrusu İvanovun oğli kiçik Sergey İvanovun “qaçmaq istəməsi” ilə bağlı Moskva kluarlarında söz-söhbətlər dolaşır.

Hər halda Sergey İvanovun oğlu kiçik Sergey İvanovun artıq qaçmaq üüçün ciddi addımlar atdığı görünür. Qeyd edək ki, Sergey İvanov Putinin komandasında hər zaman əsas fiqurlardan biri olub. O Sergey Şoyqudan əvvəl müdafiə naziri olub. Ondan əvvəl isə ixtisasca kəşfiyyatçı olan general polkovnik İvanov Rusiya Təhlükəsizlik Şurasına rəhbərlik edib. Tutduğu önəmli vəzifələrlə yanaşı Rusiya Baş nazirinin müavini olub.

O, indi Rusiya prezidentinin təbəitin qorunması, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi olsa da, Rusiya hakimiyyətində xüsisi çəkisi olan siyasətçidir. Hətta onun 42 yaşlı oğlu Sergey İvanovun adı Patruşevin oğlu Dmitri ilə birlikdə Rusiya prezidentliyə namizədlər arasında yer alırdı və bu ikili Putinin varisi olmaq üçün əsas simalardan biri hesab olunurdular.

Lakin indi “Alros” şirkətinə rəhbərlik edən və “Sbarbank”da vitse-prezident olan kiçik Sergey İvanov Rusiyadan qaça bilmək üçün yollar axtarır. Ancaq bəziləri hesab edirlər ki, Putin kiçik İvanovu Kudrinin yerinə, Hesablama Palatasına sədr təyin edə bilər. Yəni kiçik İvanovla bağlı şayiələr ikibaşlıdır və ola bilsin ki, o hələ də Rusiya prezidenti ola biləcəyinə ümidlərini itirməyib. Hesablama Palatasında isə o, Kudrin kimi sanksiyalardan yayına bilər.

Son məlumatlara görə isə kiçik Sergey İvanov dövlət orqanlarında çalışmaqdan imtina edərək özəl sektora keçib və bu da İvanovun artıq Putinin ətrafından uzaq durmaq barədə qəti qərar verdiyindən xəbər verir.

Nəhayət Putinin ətrafından qaçmağa çalışanlar arsında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da adı çəkilir. 2014-cü ildən sonra Putinə doğru yönələn bütün zərbələri qarşılayan Lavrovun yorulduğu və səhhətinin artıq işləmək üçün yetərli olmadığı bildirirlir. Məlumata görə Lavrov gələn ilin əvvəlində istefaya gedəcək və Balidə G-20 sammitində onun xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan söz-söhbətlər bu gedişi daha da tezləşdirib.

Moskva kluarlarında gəzən söz-söhbətə görə Lavrovu Rusiya XİN-nin yeni müavini, Yaponiyadakı keçmiş səfir Mixail Qaluzin əvəz edəəcək. Onun namizədliyinin Prezident Adminstarsiyası və “RossTex” tərəfindən də müdafiə olunduğu bildirilir.

Lakin Rusiyanın yeni xarici işlər nazirinin Sergey Narışkin olacağı barədə də ehtimallar böyükdür. Sergey Narışkin hazırda Rusiya Xarici Kəşfiyyat İdarəsinə rəhbərlik edir və onun xarici işlər naziri olması daha inandırıcı görünür. Çünki Narışkin “xüsusi hərbi əməliyyat”ı tam olaraq dəstəkləməsə də, Putinin özünə ən sadiq olaraq gördüyü şəxslərdən biridir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

Köç karvanı Laçının Sus kəndinə çatıb - Yenilənib

Politoloq: Gürcüstanda inqilabı istisna etmirəm...

Ən çox oxunanalar