Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Güləşçilərimiz Rio-2016-da yeni tarix yazacaqlar“


"İdmançılar həvəslə və var gücləri ilə məşq edirlər. Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın hamısının medal qazanmaq şansı böyükdür"


"Report"un məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Cəmşid Xeyrəbadi jurnalistlərə açıqlamasında deyib.

Göygöl Olimpiya İdman Kompleksində baş tutan təlim-məşq toplanışını dəyərləndirən mütəxəssis komandanın məşqlərinin yüksək səviyyədə təşkil edildiyini və idmançıların 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yüksək nəticə göstərəcəklərinə inandığını bildirib: "Federasiya toplanış üçün hər bir şərait yaradıb və hazırlıq normal keçib. İnanıram ki, güləşçilərimiz Rio-2016-da yeni tarix yazacaqlar".

Sərbəst güləş yığmasının baş məşqçisi Saypulla Absaidov Kuba güləşçiləri ilə birgə təlimlərin keçirilməsinin yığmamız üçün çox faydalı olduğunu söyləib: "Olimpiya Oyunlarına 2 aydan bir qədər artıq vaxt qalır. İndi biz intensiv hazırlıq mərhələsindəyik. İyun ayında yoxlama xarakterli beynəlxalq turnirdə idmançılarımızı sınayacağıq. Bundan sonra artıq olimpiadanın əsas hazırlıq mərhələsinə qədəm qoyacağıq. Ötən Olimpiadada 2 qızıl medal qazanmışdıq. Bu hər bir komandanın arzusunda olduğu nəticədir. Heyətimizdə kifayət qədər titullu idmançılar var. Bu dəfə də çalışacağıq ki, nəticəmiz yüksək olsun".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Ən çox oxunanalar