Bazar, 28 May 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gözlənilən Moskva və Kişinyov görüşləri... - Konkret nəticələr olacaq?

Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin görüşü gözlənilir...

Politoloq: “AzərbaycanErmənistan arasında sülh müqaviləsi mövzusunun prioritet təşkil etdiyi danışıqlar prosesinin növbəti mərhələsinin Moskvada baş tutması gözləntilər baxımından ümidverici kimi qələmə verilsə də, hesab edirəm ki, məsələnin qəlizliyi bir o qədər optimist olmağa imkan vermir”.

“Sülh üçün azacıq da olsa işartılar hiss edilir, amma bunun ciddi nəticə üçün mümkün olmadığı qənaətindəyəm”.

Bu sözləri politoloq Azər Qasımov AzərbaycanErmənistan arasında gözlənilən görüşlərin nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi bu gün Moskvada Azərbaycan, ErmənistanRusiya rəhbərlərinin görüşü gözlənilir. İyunun 1-də isə AzərbaycanErmənistan arasında Moldovada Avropa İttifaqının rəhbəri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz iştirak edəcəyi növbəti görüş keçiriləcək.

Bəs bu görüşlərdən konkret nəticələr əldə etmək mümkün olacaq?

Mövzunu Poliqon-un əməkdaşı Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Hal-hazırkı geosiyasi durumda həmin ölkələrin Rusiya ilə yan-yana dayanıb, hansısa sülh müqaviləsini imzalamasını təsəvvür etdiyimiz bir şəraitin praktiki baxımdan mümkün olmadığı aydındır”.

Problemdə ciddi dönüşün Azərbaycanın atdığı addımla mümkün olduğunu vurğulayan politoloq qeyd edib ki, bu günə kimi də Azərbaycan nə uğur əldə edibsə, ancaq öz gücünə əldə edib:

AzərbaycanErmənistan arasında sülh müqaviləsi mövzusunun prioritet təşkil etdiyi danışıqlar prosesinin növbəti mərhələsinin Moskvada baş tutması gözləntilər baxımından ümidverici kimi qələmə verilsə də, hesab edirəm ki, məsələnin qəlizliyi bir o qədər optimist olmağa imkan vermir. Tək kənar ölkələrin yox, elə tərəflərin özlərinin bu sülhdən gözləntiləri fərqli olduğu üçün ortaq məxrəcin əldə edilməsi asan deyil, hətta deyərdim ki, mümkün deyil.

Sülhə yaxınlaşdıqlarını vurğulayan tərəflər prinsipial məsələlərdə fikir ayrılıqlarının qaldığını vurğulayır. Bu ritorika bizə tanışdır. Əvvəllər də işğal dövründə aparılan danışıqlarda eyni mətnlər yazılırdı. Vaxtı ilə də Parisdə, Vaşinqtonda bir neçə günlük ardıcıl danışıqlar aparılmışdı, amma məsələ on illər uzandı. Problemdə ciddi dönüş Azərbaycanın atdığı addımla mümkün oldu. Bu günə kimi də Azərbaycan nə uğur əldə edibsə, ancaq öz gücünə əldə edib. Nə danışıqlar, nə münaqişə tərəfləri məsələnin həllində mane olmaqdan başqa bir iş görməyiblər.

Təbii ki, indiki geosiyasi durum fərqlidir. Sülh üçün azacıq da olsa işartılar hiss edilir, amma bunun ciddi nəticə üçün mümkün olmadığı qənaətindəyəm.

Azər Qasımov: “Azərbaycan ordusu Xankəndiyə daxil olub ərazi bütövlüyünü tam bərpa etməli və bütün maraqlı tərəflərin gözləntilərini yox etməlidir. Bundan sonra Ermənistan sülhə məcbur gələcək”.

Moskva görüşündən sonra Moldovada da görüşlərin davamı olacaq. Nəticə dediyimiz sülh müqaviləsinin imzalanmasıdır. Bu müqavilədə də Rusiya ilə yanaşı adları çəkilən ölkələrin də ən azı bəzisinin imzası olmalıdır. Hal-hazırkı geosiyasi durumda həmin ölkələrin Rusiya ilə yan-yana dayanıb, hansısa sülh müqaviləsini imzalamasını təsəvvür etdiyimiz bir şəraitin praktiki baxımdan mümkün olmadığı aydındır. Hələ fikir ayrılıqlarını demirəm.

Odur ki, bu dəfə də Azərbaycan öz işini özü görməlidir. Azərbaycan ordusu Xankəndiyə daxil olub ərazi bütövlüyünü tam bərpa etməli və bütün maraqlı tərəflərin gözləntilərini yox etməlidir. Bundan sonra Ermənistan sülhə məcbur gələcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sərhəddəki uğursuzluqdan sonra ermənilər “Artsrunu işə salıblar” - Foto

“Anadolu Hospital”ın direktoru Azərbaycandan çıxarkən tutuldu

Alimlər ölüm sayının artmasının əsas səbəblərindən birini açıqlandı 

Evə görə nənəsini öldürüb zibilliyə atdı: Bakıda qandonduran cinayətin detalları - Foto

Bakıda toy karvanında qəza: 10-a yaxın maşın toqquşdu - Video 

Azərbaycanda saxlanılan iki erməni diversanta cinayət işi açılıb, onlar istintaqa cəlb edilib

Azərbaycanlı "dindar" "Quran" dərslərində uşaqlara işgəncə verdi

İranın Güney Azərbaycanı parçalamaq siyasəti - Video

DİN-dən qaçırılan 14 yaşlı qızın atasının şikayətinə cavab - Yenilənib

Ən çox oxunanalar