Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənc şairin intihar səbəbi bilindi

Noyabrın 23-də gənc şair Şaiq Sadıqzadənin intihar etməsi ilə bağlı cinayət işi açılıb

27 yaşlı Şaiq Sadıqzadənin özünü ağacdan asaraq intihar etməsi ilə bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, rayon məktəblərindən birində coğrafiya müəllimi işləyən Ş.Sadıqzadə barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkət qaydalarının pozulmasının ölümə səbəb olması) ilə iş olub və Goranboy rayon Polid İdarəsində icraatda imiş. Belə ki, oktyabrın 11-də saat 8 radələrində rayonun Aşağı Ağcakənd kəndi ərazisində Kamran Quliyevin idarə etdiyi "Niva" və Börü kənd sakini Şaiq Sadıqzadənin idarə etdiyi "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə K.Quliyevin sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı gənc şair və müəllim Şaiq Sadıqzadə nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edib. İstintaq müddəti üçün sərbəst buraxılan Ş.Sadıqzadənin daha sonra həbs ehtimalı olub. Bu səbəbdən, eləcə də qəzada insan itkisinin olması Şaiqdə dərin psixoloji sarsıntılar yaradıb və o, həyatına son qoyub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ş.Sadıqzadə Lənkəran Dövlət Universitetinin məzunu olub və coğrafiya müəllimi işləyirmiş. O, tələbə olarkən ixtira etdiyi cihazla gündəmə gəlmişdi. (publika.az)

pia.az


Etiket: şair intihar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Ən çox oxunanalar