Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gələn il spirtli içki və tütün məmulatlarının qiymətlərində artım gözlənilir

Büdcəyə aksizlər üzrə daxilolmalar artacaq...

2024-cü ilin büdcəsində aksizlər üzrə daxilolmalar 1358 milyon manat olacaq. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 145 milyon manat və ya 12 faiz çoxdur.

Daha bir il öncəyə, 2022-ci ilə nəzərən isə 168 milyon manat və ya 14,1 faiz çoxdur.

Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrdə belə deyilir.

Layihəyə əsasən, 1358 milyonun 48,6 faizi və ya 660 milyonu qeyri-neft sektorunun, 51,4 faizi və ya 698 milyonu isə neft sektorunun payına düşür.

Sənəddə həmçinin, bildirilir ki, 2024-cü ildə Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən,

aksiz dərəcəsi tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir;

Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün məhsullarının hər 1000 ədədi üçün 14 manatdırsa, layihəyə görə, bu məbləğ 16 manat olacaq.

Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.

aksiz dərəcəsi araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılır.

Beləliklə, 2024- cü ildə spirtli içki və tütün məmulatlarının qiymətlərində artım gözlənilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar