Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulililər öz torpaqlarında Füzuli Şəhəri Gününü qeyd edirlər

Azərbaycan Prezidenti öz vədinə əməl etdi, füzulililərə verdiyi sözü yerinə yetirdi...

3 il bundan öncə Prezident İlham Əliyev oktyabrın 17-də xalqa müraciət edərək Azərbaycan Ordusunun Füzuli şəhərini işğaldan azad etdiyini bildirmişdir. 30 il ərzində Ermənistan təmas xəttində çox möhkəm istehkam qurmuşdur. Buna görə də bir çoxları düşünürdü ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün olmayacaq. Ermənistan tərəfi də gözləmirdi ki, Azərbaycan Ordusu bu formada onlara hücum edəcək. Onlar hətta Ordumuzun Füzuli cəbəhəsindən hücumunu gözləmirdirlər. Lakin Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsinin 10-cü günündə Füzulini işğaldan azad etməyə qadir oldu. Müzəffər ordumuz şərəfli missiyanın öhdəsindən layiqlə gəldi. Füzuli şəhərini düşmən tapdağından azad edərək xaqlmıza böyük sevinc yaşatdı. Onu da deyək ki, Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Təəssüf ki, vandal ermənilər Füzulidən əsər-əlamət qoymamışdır. 30 il ərzində rayon ərazisindəki bütün binalar, məscidlər sökülmüş, evlər dağıdılmışdır. Erməni faşizminin qurbanı olan Füzuli şəhərini bu yerlərin sakinləri tanıya bilmirdilər. Hətta rayon sakinləri işğaldan azad olunduqdan sonra Füzuliyə səfər etdikdə öz küçələrini, evlərini belə, tapa bilmirdilər. Bu yerləri görən yerli sakinləri ürək ağrısı, göz yaşları ilə Füzulinin halına ağlayırdılar.

Cənab Prezident xaqla müraciətidə demişdir ki, biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq: “O kəndlərə həyat qayıdacaq, necə ki, vaxtilə ulu öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün, necə gözəl məkandır. Füzuli Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərlə füzulililər yaşayır və deyə bilərəm ki, bu gün qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin hardasa yarısı məskunlaşıb. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndləri azad edilib və ora həyat qayıdacaq. Onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar. Öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək”.

Azərbaycan Prezidenti öz vədinə əməl etdi, füzulililərə verdiyi sözü yerinə yetirdi. Hər şeydən əvvəl, Azərbaycan dövləti tərəfindən tarixi Qələbə günləri əbədiləşdirilmişdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunmuşdur. İlk dəfədir ki, bu günü bütün Azərbaycan xaqlı Füzuli şəhəri günü kimi qeyd edir. Prezident İlham Əliyev məhz bu gün Füzuli rayonuna səfər edib, yerli sakinlərlə görüşüb. Xatırladaq ki, Füzuli işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyev ilk dəfə 2020-ci ilin noyabrın 16-da birinci xanım Mehriban Əliyeva ilə Füzulidə olublar. O zaman Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş vermişdir. Artıq bu yol tikilib istifadəyə verilmişdir. Qeyd edək ki, Füzuli rayonuna gedən yolun ətrafında bir vaxtlar həyat qaynayıb, bu kəndlərdə insanlar firavan və sülh içində yaşayıblar. Ancaq ermənilər tərəfindən torpaqlarımızın işğala məruz qalmasından sonra azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, erməni vandalları tərəfindən evlər yerlə-yeksan edilib. Onlar daşı daş üstündə qoymayıblar, azərbaycanlıların tikdiyi evləri vəhşicəsinə dağıdıblar. Bunlar ermənilərin əməllərinin nəticəsidir. Hazırda bu yoldan yenə də əvvəlki kimi sıx-sıx istifadə olunur.

Həmin səfər zamanı Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırmışdır. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırmışdır. Cənab Prezident demişdir ki, dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir: “Bizim bütün hərbçilərimiz, Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri - həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var”.

Artıq Füzuli şəhəri yenidən abadlaşdırılıb. Dövlətimiz Füzulini yenidən abad, müasir şəhərə çevirib. Bu torpaqlarda yerli əhali yenidən öz həyatını yaşayır. Buranın sakinləri Füzuli şəhəri günü elə öz torpaqlarında bayram edirlər.

Aybəniz Rüstəmova - Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Niyə körpələrə yumurta ağı vermək olmaz? - İshal ola bilər

Ən çox oxunanalar