Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa nədənsə girovlarımızla bağlı səsini çıxarmır


Parisdən Karen bəyanatı


 Fransa Xarici İşlər Nazirliyi Azərbaycan ərazisində əsir düşən və qəflətən ölən erməni diversant Karen Petrosyan haqqında bəyanat yayıb.

Məlumata görə, XİN-in mətbuat katibi Romen Nadal bildirib ki, Fransa Karen Petrosyanın ölümünə görə dərin narahatlıq hissi keçirib.

"Fransa Karen Petrosyanın ailəsinə baş sağlığı verir. Biz Azərbaycanı onun ölüm səbəbini aydınlaşdırmağa və meyitini qaytarmağa çağırırıq", - deyə Nadal bildirib.

Erməni diversantın ölümünə görə narahat olan Fransa Kəlbəcərə valideynlərinin qəbrini ziyarətə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni hərbçilər tərəfindən girov götürülməsinə və Həsən Həsənovun öldürülməsinə heç bir reaksiya verməyib. Bu günə qədər Fransa sadə Azərbaycan vətəndaşı Həsən Həsənovun ölüm səbəblərinin aydınlaşdırılması, onun cəsədinin Azərbaycana qaytarılması ilə bağlı Ermənistana çağırış etməyib.

Qeyd edək ki, avqustun 7-də Azərbaycan əsgərləri cəbhə xəttini keçmək istəyən 4 erməni diversantından üçünü məhv etmişdi. Karen Petrosyan isə əsir götürülmüşdü. Lakin avqustun 8-də erməni diversant qəflətən ölmüşdü.(ans press)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Ən çox oxunanalar