Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Flora Kərimovadan Kəramət Böyükçölə cavab gəldi: “Kişi vətəni üçün kimdir?!”

Xalq artisti Flora Kərimovanın “Daha müxalifətçiliyə yer qalmayıb”  fikri ciddi səs-küyə səbəb olub.  Müsavat başqanı Arif Hacılı və AXCP sədri Əli Kərimli ilə yanaşı, yazıçı Kəramət Böyükçöl də Kərimovanı ciddi tənqid edib.

“Sənətinə və şəxsiyyətinə hörmət elədiyimiz bir insan niyə belə sərsəm fikirlər səsləndirsin? Müxalifətçiliyə yer qalmayıb nədir? Müxalifətsiz ölkə olar? Bu cür fikirləri adətən balasının gedib müxalifətçilərə qoşulub şərlənib tutulmasından narahat olan evdar arvadlar deyir. Bəs bir xalq artisti, gözəl bir sənətkar niyə belə danışsın? Bəlkə yaşla bağlı olaraq başı xarab olub, ya tutub zorla dedizdiriblər? Bu qədər dözmüsən, bir az da dözərdin də, onsuz da ömrün axırıdır, az qalıb”, – deyə K. Böyükçöl bildirib.
 
Onun səsləndirdiyi fikirlərə isə qarşı tərəfdən cavab gecikməyib.
 
Sfera.az bildirir ki, Xalq artisti sosial media hesabından Kəramət Böyükçölə müraciət edib. Müğənni yazıçıya verilən fərqli düşüncənin lağ-lağa və məsxərələrdə xərclənməsinə təəssüf edib:
 
“Dediyim fikri sərsəm qavradınsa, bəlkə yazdığımı başdan təkrar bir də oxuyasan! Sənin sözünlə desək, mən “bu yaşıma kimi dözdüm”.  Sən məhz ayıq başınla neçə yaşına kimi dözə bildin!? Balasını itirməkdən qorxan ana, balası üçün vicdanı çərçivəsində hər cür yola gedər. Balalarını düşünməyən, ailəsini qorumayan “kişi” vətəni üçün kimdir?!
 
Yetim balamdan keçib bu millət üçn varlığımı üyüdmədim ki, kimsə yuxu görüb yuxusunu başının böyüklüyünə görə yozsun.  Mən 1992-ci ildə hərbi xəstəxanada komadakı yaralının altını yuyub təmizləyəndə, sən məni acıladığın dilimizə və bu günkü kimliyinə yiyələnirdin. Hələ ki nə ağlım, nə yaddaşım, nə də təxminlərim məni yanıltmayıb. Sənə şərh yazanlar yüz yox yüz min ola, milyonunuzun iqtidarı mənim müxalif düşüncəmi əksinə çevirə bilməz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Ən çox oxunanalar