Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FİFA-dan təzminat tələb olunur


Cənubi Afrika yığmasının Seneqalla matçını təxirə salan FİFA təzminat ödəyə bilər


PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, bu barədə rəqib üzərində 2:1 hesablı qələbə qazanan Cənubi Afrika Futbol Assosiasiyası tələblə çıxış edib.

Qarşılaşmanın yenidən keçirilməsinə etiraz etməyən meydan sahibləri çəkdikləri xərclərin geri qaytarılmasını tələb ediblər: "Seneqal üzərində 2:1 hesablı qələbə qazandığımız görüşün yenidən keçirilməsinə etiraz edilməyəcək. Amma maddi zərərimiz üçün təzminat tələb etmək haqqımız var. Qanalı hakim Jozef Lamti FİFA Hakimlər Komitəsi tərəfindən təyin olunub. 2010-cu ildə Afrika Çempionlar Liqasının yarımfinal matçında əllə oynayaraq vurulan qolu hesaba alan və Afrika Futbol Konfederasiyası tərəfindən cəza alan hakim bu görüşə təyin olunduğu üçün məsuliyyəti FİFA daşıyır".
 
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ötən il noyabrın 12-də keçirilmiş Cənubi Afrika - Seneqal (2:1) qarşılaşmasında birincilər qollardan birini hakimin kobud səhvi nəticəsində vurmuşdular. FİFA ötən həftə matçın nəticəsini ləğv edərək, komandaların noyabrda yenidən üz-üzə gəlmələrini qərara alıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar