Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-də çempionlarla görüş keçirilib

30 avqust 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin beynəlxalq yarışlarda uğur qazanmış əməkdaşları ilə görüş keçirilib

Görüşdə Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev həmin idmançıları- XRXX-nin N saylı hərbi hissəsinin xilasdicisi gizir Gözəl Zutovanı, DYMX-nin Nəsimi rayon N saylı bölməsinin yanğınsöndürəni çavuş Orxan Mehdiyevi və TTNDA-nın sürücüsü Şahmar Nəzərovu əldə etdikləri nailiyyətlər münasibətilə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, Gözəl Zutova 15-17 mart tarixlərində Azərbaycanda keçirilmiş MMA üzrə Avropa Çempionatında çempion adını qazanıb, 5 iyun tarixində Bakı şəhərində təşkil edilmiş Qızıl kəmər uğrunda Beynəlxalq turnirdə ən yüksək pilləyə yüksəlib. O, həmçinin Sərbəst güləş üzrə Dünya kubokunun sahibi, MMA üzrə Avropa və Dünya çempionu, bir sıra beynəlxalq yarışların qalibidir. Gözəl Zutova 18 avqust 2019-cu il tarixində Gürcüstanda keçirilmiş MMA üzrə Beynəlxalq turnirdə 75 kq çəki dərəcəsində çempion olub. İdmançımız oktyabr ayında Koreyada keçiriləcək Sambo üzrə Dünya Çempionatına hazırlaşır.

Orxan Mehdiyev 22-25 avqust 2019-cu il tarixində Rumıniyanın Konstanta şəhərində keçirilmiş Kung Fu Sanda üzrə Dünya Çempionatında 65 kq çəki dərəcəsində iştirak edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. O, həmçinin 2016-cı il Macarıstanda keçirilmiş Kempo idman növü üzrə yarışda Dünya Kubokunun, 2017-ci il tarixində Portuqaliyada keçirilmiş Döyüş Növlərinin Dünya Çempionatında Kung Fu Sanda idman növü üzrə gümüş medalın sahibi olub.

Şahmar Nəzərov 2017-ci il tarixində Portuqaliyada keçirilmiş Döyüş Növlərinin Dünya Çempionatında Kung Fu Sanda idman növü üzrə dünya çempionu adını qazanıb, Rumıniyanın Konstanta şəhərində keçirilmiş yarışda isə bürünc medalın sahibi olub. Orxan Mehdiyev və Şahmar Nəzərov noyabr ayında İtaliyada keçiriləcək MMA üzrə Dünya çempionatına hazırlaşırlar.

pia.az


Etiket: FHN Çempionlar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Ən çox oxunanalar