Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“F-35”lər ABŞ və Böyük Britaniyanı qarşı-qarşıya gətirdi

ABŞ və Böyük arasındakı “qardaşlıq” münasibətləri F-35 qırıcı təyyarələri üstündə pozula bilər

Britaniyalı hərbi-sənaye rəsmilərinin təyyarələrin proqramında dəyişiklik etmək istəməsi ciddi mübahisəyə səbəb olub.

Məlum olduğu kimi, əvvəllər yalnız təyyarədaşıyan gəmilərdə yerləşəcək 138 qırıcı almağı planlaşdıran rəsmi London indi həmçinin A tipi (yəni yerüstü) təyyarələr əldə etmək niyyətindədir.

Bu isə ölkənin aviadaşıyıcı sənayesini ciddi ziyana salır. Böyük Britaniyanın yeni proqramı “Kraliça Elizaveta” və “Uels şahzadəsi” təyyarədaşıyıcı gəmlilərindən havaya qalxan eskadrilyalarının sayının azalmasına gətirib çıxaracaq.

Ekspertlər bunun Böyük Britaniyanın aviadaşıyıcılarının döyüş qabiliyyətinin azalmasına səbəb olacağını deyirlər.

ABŞ isə bunu özünə xəyanət kimi qəbul edir. Pentaqon dünyada özünə bərabər hərbi-dəniz qüvvəsi olaraq yeganə Böyük Britaniyanı görüb, üstəlik, bununla bağlı rəsmi Londona maliyyə və texniki hər cür yardım göstərib. Hətta Böyük Britaniya 2010-cu ildə təyyarədaşıyan gəmilərdən istifadə olunması ilə bağlı proqramı dayadırmaq istəyəndə məhz ABŞ xüsusi maliyyə yardımı ilə onları bu fikirdən daşındıra bilmişdi.

Qeyd olunur ki, Böyük Britaniyanın özünə görə haqlı səbəbləri var. Təyyarədaşıyıcılarda fəaliyyət göstərən F-35-lərin qiyməti 90 milyon funt-sterlinq olduğu halda, yerüstü bazalara enə bilən təyyarələrin qiymətii ondan 20 milyon funt-sterlinq aşağıdır.

Ümumiyyətlə, F-35 dünya tarixində ən bahalı və irimiqyaslı hərbi aviasiya layihəsi sayılır. Proqram 30-40 il üçün nəzərdə tutulub. Layihə istehsalçıları beynəlxalq bazarda 3 mindən çox hərbi hava maşınını satmaq niyyəindədirlər.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Moskvada “9 May” qələbə günü münasibətilə hərbi parad keçirilib - Canlı yayım

Ən çox oxunanalar