Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN: “Hər ailə ağac əksin” aksiyası davam edir  

"Azərbaycanı yaşıl diyara çevirmək məqsədilə “Hər ailə ağac əksin” aksiyası davam edir"

Bu fikri musavat.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan və ənənəvi hal alan aksiya Gəncə, Sumqayıt, Şəki, Şəmkir, Tovuz, Quba, Şabran, Şirvan, Bərdə, Cəlilabad rayonlarında və Bakı şəhərinin Türkan, eləcə də Binə qəsəbələrində davam etdiriləcək:

"17 noyabr 2018-ci il tarixində aksiya Sumqayıtda “Kimyaçı” mədəniyyət sarayının qarşısında, Şəmkir, Bərdə, Cəlilabad, Tovuz, Quba, Şirvanda şəhər bələdiyyəsinin qarşısında saat 10:00-dan 12:00-dək, Gəncədə Kəpəz bələdiyyəsinin, ŞəkiŞabranda şəhər bələdiyyəsinin qarşısında saat 12:00-dan 14:00-dək, Binə qəsəbəsində icra nümayəndəliyinin və Türkan qəsəbəsində mədəniyyət evinin qarşısında saat 14:00-dan 16:00-dək keçiriləcək və vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq.

Ağacəkmə kampaniyası 17 noyabr 2018 ci il tarixində “Bir şagird bir ağac əksin və qorusun” devizi altında ETSN-nin dəstəyi ilə məktəblərdə də keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanı yaşıl diyara çevirmək məqsədilə BakıAbşeronda, eləcə də respublikamızın bölgələrində hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır".

pia.az


Etiket: ETSN

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar