Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etiraz aksiyaları Putin və Lukaşenko üçün təhlükədirmi?


Vətəndaşların keçirdikləri ən iri miqyaslı etirazlar Belarus və Rusiya liderlərini silkəldi


Həmin hadislərin motivləri bir- birindən fərqlənsə də, etirazlar narazılığın səviyyəsinin yüksək olduğunu göstərdi. Bunu Aleksandr Lukaşenko və Vladimir Putin də yaxşı anlayırlar. Ona görə də onlar nümayişlərə sərt cavab verdilər. Çünki bu ölkələrdə etirazlara yer olmamalıdır.

- Xaosun yerinə durğunluq

Rusiya və Belarusun idarəetmə modelində siyasi sabitlik hər şeydən üstə durur. Bu isə dalana aparıb çıxarır. Amma güclü əl olmayan yerdə xaosun baş verəcəyi qorxusu əvvəlki kimi avtokratların əhali içərisindəki dəstəyinin təminatçısıdır. Lakin bu sabitlik göründüyündən daha kövrəkdir. Lukaşenko öz vətəndaşlarını 90-cı illərin sosial ağırlıqlarından kənar tutmağı bacardı. Ancaq buna represiyalar, ölkənin izolyasiyaya salınması, Rusiyadan asılılıq və indiki status-kvonun çərçivəsinə sığmayan perspektivlərdən imtina etməklə nail olunub. Neftin qiyməti düşdükdən sonra Moskva ilə yaşanan mürəkkəbliklər üzündən Minsk lideri hakimiyyəti saxlamaq üçün Şərq ilə Qərb arasında tarazlıq yaratmağa cəhd göstərib.

Ölkə tələyə düşüb: Avropa ilə yaxınlaşmaq sistemin liberallaşmasını nəzərdə tutur ki, bu da Lukaşenko idarəetməsini təhlükə altına qoyur. Lakin dəyişimin istənməməsi ciddi iqtisadi böhranlara və həyat səviyyəsinin aşağı düşməsinə də gətirib çıxarıb. Bu etiraz aksiyaları Lukaşenko üçün təhlükəlidir. Bütün bunların hamısı sabitliyin tezliklə durğunluğa və narazılığa keçdiyini göstərir.

- Maydan kabusu

Baş verən hadisələrdən Minsk və Moskvadakı rejimlərin birbaşa təhlükə ilə üzləşdikləri qənaətinə gəlmək düz olmaz. Etirazçıların sayı və onların bazası hədsiz azdır, müxalifət isə çox zəifdir.

Bundan başqa etirazçıların xarici qüvvələrə işləməkdə ittiham edilməsi də hakimiyyətin mövqeyini möhkəmləndirir. Belə ki, Lukaşenko etirazçıları digər dövlətlərin sifarişi ilə işləyən və ölkənin sabitliyini pozmaq istəyən “beşinci kolon” adlandırıb. Özünün belaruslu həmkarı kimi Putin də Kiyevdəki Maydanın qorxulu nümunəsini irəli çəkir. Həmin hadisələr də korrupsiyaya qarşı etirazla başlamışdı. Ukrayna nümunəsi həmçinin mövcud sabitliyin necə tezliklə dağıla biləcəyini göstərir. Bütün təbliğata baxmayaraq, Putin bilir ki, korrupsiyalaşmış elita ucbatından, rusiyalıların qəzəbi -onun “Axilles dabanı”dır.

1990-cı illərin çətin günləri Rusiyada bazar iqtisadiyyatına olan inamı sarsıtdı. Hazırda narazılıq əsasən gənc nəsil üçün aktualdır, çünki Putinin 17 illik idarəetməsindəki sabitliyi, inkişafı və çiçəklənməni onlar adi bir hal kimi qarşılayırlar. Onlar hakimiyyətdən vətənpərvər şüarlardan, mühafizəkarlıqdan başqa, daha çox şey tələb etməyə başlayırlar.

- Avropanın rolu

Postsovet dövrünün avtokratları narazılar üçün yeni bir şey təkilf edə bilmirlər. Ümumiyyətlə, Sovet İttifaqının keçmiş respublikaları durğunluq və inqilabların əzablar və zorakılıqlarla bağlı olduğunu çox yaxşı bilirlər. Soyuq müharibədən sonrakı dövrdə Mərkəzi və Şərqi Avropa sakinləri Qərbin köməyi ilə bu bağları qoparıb ata bildilər.
Lakin bu gün Avropa Biliyinin keçmiş Sovet İttifaqı ölkələrinə üzvlük perspektivi təklif etmək üçün nə gücü, nə də siyasi iradəsi var. Hətta əgər onlar buna can atsalar da belə.

Keçmiş sovet ölkələri sabitlik tələsinə düşdükləri halda, Qərb istər-istəməz onlara qarşı öz gözləntilərini azaltmalıdır. Bu o deməkdir ki, Qərb onlara səmərəsiz tələblər irəli sürməməli, konkret sahələrdəki – məsələn, korrupsiyaya qarşı mübarizə kimi fundamental dəyərlərə riayət olunmasına çağırışlar etməlidir. Geosiyasi gərginliklərin olmasına baxmayaraq, burada Avropanın güclü tərəfləri var. Gənclər və yaxşı təhsil görmüş nəsil arasında Avropanın böyük nüfuzu var.

Avropa Birliyi tərəfindən postsovet ölkələrinin məhkəmə sistemini möhkəmləndirmək, elmi araşdırmalara, təhsil sahəsinə təqaüdlər və qrantlar ayırmaq üsulları vacibdir.

Bu yaxınlardakı etirazlar göstərdi ki, postsovet hakimiyyətləri izahı ciddi şəkildə tələb olunan vəziyyətlə qarşılaşıblar. Onlar ”beşinci kolon” deyərək düşmən yaratmaq əvəzinə, özlərinin çatışmayan cəhətlərini və ziddiyyətli tərəflərini müzakirə etməlidirlər. Çünki səmərəli dəyişiklik belə başlayır.(azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar