Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda Rusiyaya qarşı yeni üsyan

Ermənistanda sərhədlərin mühafizəsi funksiyasının Rusiya Federal Təhlükəsizlik Xidmətindən alınaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinə verilməsi tələb olunub


Məlum olduğuna görə, hələ uzaq 1992-ci ildə Ermənistan hökuməti ilə Rusiya arasında Rusiya FTX sərhəd qoşunlarının Ermənistanda statusu barədə saziş imzalanıb. Sazişin müddəalarına görə, Ermənistanın Türkiyə və İranla sərhədlərinin mühafizəsi funksiyaları Rusiyaya verilib.

 Viurtualaz.org Yerevanda dərc olunan “Lragir” nəşrinə istinadən xəbər verir ki, mənbənin mövqeyinə görə, Qarabağ müharibəsi vaxtı bu Ermənistan üçün vacib idi və “ehtiyatların azad edilməsinə” imkan yaradırdı.

Lakin indi vəziyyət dəyişib. Yerevanda qərara alıblar ki, Rusiyanın köməyi olmadan da keçinmək olar. Erməni fəalları qıcıqlandıran faktlardan biri də odur ki, Ermənistan rəhbərliyi ölkənin bu sahədə suverenliyinin bərpası üçün bu günə qədər heç bir addım atmayıblar və indiki vəziyyət beynəlxalq münasibətlər sistemində suveren ölkəyə yaraşmır.

“Bundan əlavə, bir neçə il əvvəl Yerevanın “Zvartnots” hava limanındakı sərhəd məntəqəsinin fəaliyyəti də RF FTX-yə həvalə edilib, halbuki bu, yuxarıda sözügedən sazişlə nəzərdə tutulmayıb və suverenliyin bir hissəsinin müttəfiq olsa da, başqa ölkəyə qeyri-qanuni ötürülməsi kimi qiymətləndirilə bilər”, - mənbə bildirir.



Bu deyilənlərdən çıxış edərək, bir qrup erməni xadim, o cümlədən Albert Baqdasaryan, Arman Melikyan, David Sanasaryan, Yegişe PetrosyanKarapet Rubinyan, Ovsep Xurşudyan, Petros Makeyan və başqaları təsmi hakimiyyətə təklif ediblər ki, 2018-ci ilin mart ayının 1-nə qədər “Zvartnots” hava limanındakı sərhəd məntəqəsi RF FTX-dən alınaraq Ermənistan MTX-yə həvalə edilsin.

Müraciətdə həmçinin cari ilin sonuna qədər ölkənin İranla sərhədinin mühafizəsinin də Ermənistan MTX-yə verilməsi təklif olunur. Ermənistanla Türkiyə arasında sərhədin mühafizəsinin Rusiyadan alınması üçün 2020-ci ilin yanvar ayının 1-nə kimi vaxt qoyulur.

İranla sərhəddə mühafizə funksiyalarının Ermənistana verilməsinin zəruriliyi həm də onunla izah olunur ki, bu tədbir Naxçıvan tərəfdən “Azərbaycan qüvvələrinin Mehri istiqamətində hücum etdiyi anda” müdafiə ehtiyatlarının gücləndirilməsinə imkan yaradacaq.

Müraciətin müəllifləri hədələyiblər ki, tələbləri yerinə yetirilməyəcəyi təqdirdə ictimaiyyəti əvvəlcədən xəbərdar etmək şərtilə fəal aksiyalara başlayacaqlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Netanyahu Baydendən BCM həbs orderlərinin qarşısını almasını istəyib

Ən çox oxunanalar