Çərşənbə axşamı, 24 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan MDB toplantısında iştirak etməyəcək - Sülhdən qaçış yoxsa, Rusiyadan kənarlaşmaq?..

Ermənistanın XİN başçısı Ararat Mirzoyan Bişkekdə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının toplantısına qatılmayacaq...

Politoloq: “Ermənistanın MDB ilə bağlı tədbirlərdən yayılmasının Azərbaycanla heç bir əlaqəsi yoxdur”.

“İndi də Ermənistan MDB Birliyini baykot etməyə başlayıb”.

Bu sözləri politoloq Qabil Hüseynli Ermənistanın MDB Xarici İşlər Nazirləri Şurasında iştirak etməməsini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan açıqlayıb ki, Ermənistanın XİN başçısı Ararat Mirzoyan Bişkekdə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının toplantısına qatılmayacaq. Bildiyimiz kimi bundan əvvəl Rusiya XİN başçısının müavini Mixail Qaluzin Bişkekdə AzərbaycanErmənistan XİN başçıları arasında görüşün keçirilə biləcəyini açıqlamışdı.

Ermənistanın RusiyaMDB ilə bağlı bütün tədbirlərdən yayınmasını hansı anlama gəlir? İrəvan Azərbaycanla sülh müqaviləsindən qaçır, yoxsa, Rusiyadan kənarlaşmaq siyasəti yürüdür?

Ermənistanın Rusiyaya qarşı atdığı addımları Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Görünən odur ki, Ermənistan Rusiya ilə bütün körpüləri yandıra-yandıra gedir”.

Ermənistanın atdığı bütün bu addımların açıq-aşkar Rusiyaya mesaj olduğunu düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Rusiya Ermənistanın bu mesajlarını düzgün başa düşməlidir:

Ermənistanın MDB ilə bağlı tədbirlərdən yayılmasının Azərbaycanla heç bir əlaqəsi yoxdur. Görünən odur ki, Ermənistan Rusiya ilə bütün körpüləri yandıra-yandıra gedir. Yerəvan Moskva ilə əlaqələri tamamilə qırmaq, sıradan çıxarmaq istəyir. Ermənistan indiyənə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, Avrasiya Birliyini baykot edib.

İndi də Ermənistan MDB Birliyini baykot etməyə başlayıb. Yerəvan Bişkekdə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak etməyəcək. Ermənistanın atdığı bütün bu addımlar açıq-aşkar Rusiyaya mesajdır. Rusiya Ermənistanın bu mesajlarını düzgün başa düşməlidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Biləsuvarda toy karvanında bir avtomobildə olan bütün şəxslər həyatını itirib - Təfərrüatlar + Yenilənib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib - Yenilənib

Əli Karakinin öldüyü xəbəri yayıldı, Hizbullah təkzib edir

Şəmkirdə 28 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Qazaxın icra başçısı, məhkəməsi və işdən qovulan müəllimə...

“Yelo Bank” daha 43 nəfəri evindən çölə atır - Siyahı

İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 492-yə çatıb

Şəmkirdə 3 nəfəri cərəyan vuraraq öldürüb - Foto, Yenilənib

Bakının “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib - Foto

Ceyhun Bayramov Lüksemburqun Baş nazirinin müavini ilə görüşüb

Ən çox oxunanalar