Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Cənubi Qafqazda və bölgədə böyük müharibə təhlükəsi var...

ABŞ-Avropa Birliyi Azərbaycan və Ermənistanı demək olar ki, sülhə zorlayırlar...

Siyasi-şərhçi: “ABŞ-ın, Avropa Birliyinin daha çox Azərbaycana təzyiqi və sülhə çağırışı birincisi bununla bağlıdır ki, Cənubi Qafqazda və ümumiyyətlə bölgədə real müharibə təhlükəsi var. Bölgə dedikdə mən daha geniş anlamı nəzərdə tuturam”.

“Qərb düşünür ki, AzərbaycanErmənistan Vaşinqton, ya da Brüsselin vasitəçiliyi ilə sülh müqaviləsi imzalayacaqsa, bu müqavilədə kollektiv Qərbin də maraqları təmin olunacaq”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu ABŞ-Avropa Birliyinin AzərbaycanErmənistanı sülhə məcbur etmələrini Poliqon-a şərh edərkən qeyd edib.

ABŞ-Avropa Birliyi daha çox rəsmi İrəvanın mövqeyindən çıxış edərək, AzərbaycanErmənistanı demək olar ki, sülhə zorlayırlar. Daha doğrusu bu təzyiqlər hazırda Azərbaycana qarşıdır. Avropa Birliyinin ultimativ şəkildə Azərvaycanı sülhə səsləməsindən sonra eyni ritorika, eyni tələb də ABŞ-dan da gəldi.

Dünən Konqresdə Qarabağla bağlı keçirilən birtərəfli dinləmələrdə ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirib ki, bir neçə həftə ərzində Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı razılaşma əldə olunmalıdır. Maraqlıdır ki, Ermənistanın mövqeyini və sülh şərtlərini müdafiə edən Ceyms O'Brayen sülhün əldə olunmaması ilə bağlı Azərbaycana qarşı ittihamlar səsləndirib. Bununla belə Ceyms O'Brayenin fikirlərindən belə çıxıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı çox tələsir.

Bəs, Qərbin AzərbaycanErmənistan arasında sülh sazişinin imzalanmasına tələsiməsinin səbəbi nədir? Bu tələsməyin arxasında Qərbin Cənubi Qafqazda hansısa bir planı ola bilərmi?

Qərbin Cənubi Qafqaz planını Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Müharibənin Cənubi Qafqazda başlanmasının qarşısını almaq üçün Qərb ölkələri tezliklə sülhün əldə olunmasında maraqlıdırlar”.

Hər bir halda, Cənubi Qafqaz üzərindən planlarını həyata keçirməyin yolunu Qərbin Azərbaycan-Ermənistan sülh müqaviləsinin Vaşinqtonun, ya da Brüsselin iştirakı ilə əldə olunmasında gördüyünü vurğulayan ekspert Poliqon-a bildirib ki, ortada plan da var. Bu Rusiyanın Yaxın Şərqə çıxışının qarşını almaq planıdır:

ABŞ-ın, Avropa Birliyinin daha çox Azərbaycana təzyiqi və sülhə çağırışı birincisi bununla bağlıdır ki, Cənubi Qafqazda və ümumiyyətlə bölgədə real müharibə təhlükəsi var. Bölgə dedikdə mən daha geniş anlamı nəzərdə tuturam. Yəni Yaxın Şərqdə ola bilsin ki, həmçinin Cənubi Qafqazı da əhatə edə biləcək bir böyük müharibə başlasın. Buna görə də müharibənin Cənubi Qafqazda başlanmasının qarşısını almaq üçün Qərb ölkələri tezliklə AzərbaycanErmənistan arasında sülhün əldə olunmasında maraqlıdırlar. Amma bundan daha böyük maraq bu sülhün Qərbin vasitəçiliyi ilə əldə olunmasıdır.

Qərb düşünür ki, AzərbaycanErmənistan Qərb ölkələrinin vasitəçiliyi ilə sülh müqaviləsi imzalayacaqsa, bu müqavilədə kollektiv Qərbin də maraqları təmin olunacaq. Belə görünür ki, AzərbaycanErmənistan da sülhə vasitəçisiz nail olmaq istəyirlər. Mən düşünürəm ki, əsas mübahisə bunun ətrafındadır.

Burada hansısa bir nəticəsinin olacağını söyləmək çətindir. Amma hər bir halda, Cənubi Qafqaz üzərindən planlarını həyata keçirməyin yolunu Qərb Azərbaycan-Ermənistan sülh müqaviləsinin onun iştirakı ilə əldə olunmasında görür. Əlbəttə ki, ortada plan da var. Bu Rusiyanın Yaxın Şərqə çıxışının qarşını almaq planıdır. Bu plan həmişə mövcud olub və bu gün də var. Eyni zamanda bu plan Yaxın Şərqdə gedən savaş səbəbindən bu gün bir qədər də aktuallaşıb”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar

Ən çox oxunanalar