Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “G20” (“Böyük səkkizlik”) sammitində iştirak üçün Argentinaya səfəri zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşməyəcəyini bəyan edib
Bu barədə Türkiyənin “A Haber” telekanalı məlumat yayıb.
Qeyd edək ki, bir neçə saat əvvəl Ərdoğanın mətbuat katibi İbrahim Kalın 30 noyabr - 1 dekabr tarixlərində Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək “G20” (“Böyük səkkizlik”) sammiti çərçivəsində Türkiyə prezidenti ilə Səudiyyənin vəliəhd şahzadəsi arasında görüşün baş tuta biləcəyini demişdi.
pia.az