Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan və Putin görüşdü - Nələr müzakirə edilir?

Rusiyanın Soçi şəhərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tutub

PİA.az xəbər verir ki, görüş saat 16:00-da baş tutub. Təkbətək görüşdən öncə mediayaya açıqlama verən dövlət başçıları bir sıra məsələlərə toxunublar.

Rusiya prezidenti Vladimir Putin ortaq bir qərar verilməsinin bölgədə əmin-amanlığı bərqərar edəcəyini vurğulayıb. Türkiyə -Rusiya münasibətlərinin daha da yaxşılaşdığını qeyd edən Kreml rəhbəri bildirib:

“Danışacağımız çox məsələ var. Onları müzakirə edib qərar verməyə çalışacağıq”.

Rəcəb Tayyib Ərdoğan isə siyasi, hərbi, iqtisadi məsələlərlə bağlı bir çox fikir mübadiləsi aparacaqlarını və Soçidə veriləcək qərarların bölgəyə fərqli bir ümid olacağını bildirib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qeyd edək ki, təkbətək görüşdə dövlət başçıları Suriyadakı, xüsusi ilə İdlibdəki vəziyyəti – müşahidə məntəqələrinin gücləndirilməsi, qanunsuz qruplaşmaların tərk-silah edilmələri və başqa bu kimi məsələlərin müzakirə ediləcəyi ehtimal olunur.

Rəcəb Tayyib Ərdoğan Azərbaycandan ölkəsinə dönərkən təyyarənin göyərtəsində jurnalistlərə bildirib ki, Türkiyənin İdlibdə 12, Rusiyanın 10, İranın isə az sayda müşahidə məntəqəsi var.

Türkiyə prezidenti birlikdə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Sönməz, Xəzinə və Maliyyə naziri Barat Albayraq, Müdafiə naziri Hulusi Akar və Ticarət naziri Ruhsar Pekcanda Soçiyə yollanıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ən çox oxunanalar