Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ər-Riyad qaçqın düşərgəsini bombaladığına görə İsraili sərt şəkildə qınayıb

Səudiyyə Ərəbistanı İsrailin Qəzzanın ən böyük qaçqın düşərgəsini bombalamasını şiddətlə qınayıb...

Səudiyyə Ərəbistanı İsrailin onlarla insanın ölümünə səbəb olan Qəzzanın ən böyük qaçqın düşərgəsini bombalamasını kəskin şəkildə pisləyib.

Poliqon France Pres Agentliyinə istinadən xəbər verir ki, hadisə yerindən ən axı 47 mülki şəxsin cəsədi çıxarılıb.

Qeyd edək ki, İsrail insanların sıx məskunlaşdığı Cəbəliyə düşərgəsinin altındakı HƏMAS tunel kompleksinə zərbələr endirdiyini iddia edib və yerli batalyon komandiri İbrahim Biarinin həmin bombardmanda öldürüldüyünü açıqlayıb. AFP hadisə yerindən ən azı 47 cəsədin çıxarılmasının şahidi olub.

Səudiyyə Ərəbistanı İsrail işğalçı qüvvələrinin qaçqın düşərgəsinə qeyri-insani hücumunu pisləyərək, İsrailin hərəkətlərini mümkün olan ən sərt ifadələrlə tənqid edib. Xarici İşlər Nazirliyi hücumun çox sayda günahsız mülki şəxsin ölümü və yaralanması ilə nəticələndiyini bildirib.

Səudiyyə Ərəbistanı Krallığı işğalçı İsrail qüvvələrinin mühasirədə olan Qəzza zolağında çoxlu sayda günahsız mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən Cəbəliyə qaçqın düşərgəsinə qeyri-insani hücumunu ən kəskin şəkildə pisləyir”, deyə XİN-nin yaydığı bəyanatda deyilir.

Krallıq İsrail işğalçı qüvvələrinin əhalinin sıx məskunlaşdığı mülki ərazilərə təkrar hücumlarını, habelə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn davamlı şəkildə pozulmasını pisləyib.

“Davam edən eskalasiya nəticəsində yaranan ağır humanitar vəziyyətə haqq qazandırmaq mümkün deyil və qan tökülməsinin dayandırılması, mülki əhalinin müdafiəsi və hərbi əməliyyatların dayandırılması təxirəsalınmaz prioritetlərdir. Bu prinsiplərin operativ şəkildə həyata keçirilməməsi qaçılmaz olaraq humanitar fəlakətə gətirib çıxaracaq və buna görə İsrail işğalı və beynəlxalq ictimaiyyət məsuliyyət daşıyır”, deyə bəyanatda vurğulanır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar