Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əminə Ərdoğan iftar süfrəsi açıb, Sərvər Bəşirli ilə görüşüb

Türkiyənin birinci xanımı Əminə Ərdoğan fevralın 6-da dəhşətli zəlzələnin baş verdiyi Kahramanmaraş şəhərində könüllülər və zəlzələdən zərərçəkmiş şəxslər üçün iftar süfrəsi açıb...

“Report” “Anadolu”ya istinadən bildirir ki, tədbirdə özünün köhnə avtomobili ilə Türkiyəyə yardım daşıyan azərbaycanlı Sərvər Bəşirli də iştirak edib.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat S.Bəşirlinin gördüyü işlər barədə məlumat verib.

O həmçinin xatırladıb ki, Qarabağın 30 illik işğalı dövründə insanlar çadırlarda yaşamağa məcbur olublar: “Əslən Laçın rayonundan olan Sərvər Bəşirli də çadırda yaşayıb. O, zəlzələdən dərhal sonra evdəki yorğanları özünün 1981-ci il istehsallı avtomobilinə yükləyib və yardıma tələsib. Evə qayıdanda artıq hər kəs ondan danışırdı”.

S.Bəşirli dəvətə görə təşəkkürünü bildirib. O, çıxışı zamanı bir daha faciənin baş verməməsini arzulayıb.

İftar süfrəsində ictimai şəxslər, jurnalistlər də iştirak ediblər.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Zəlzələ nəticəsində ölənləri sayı 50 mini keçib.

Həmin zəlzələdən sonra Azərbaycanda da yardım kampaniyası elan olunub. Kampaniya çərçivəsində S.Bəşirli evdəki yorğanlarını köhnə avtomobili ilə yardım yığılan ünvana aparıb. Bu hadisədən bir çox rəsmi şəxslər, o cümlədən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı həmvətənimizə təşəkkürünü bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Ən çox oxunanalar