Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əliyevin keçmiş həyat yoldaşından Etibar Məmmədova tərs sillə

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin keçmiş həyat yoldaşı Samirə Mirzəyeva AMİP rəhbərliyi tərəfindən 2005-ci ildə onun Etibar Məmmədova yazdığı məktubun ictimailəşdirilməsini pisləyən bəyanat yayıb

"Yeni Sabah”a daxil olan açıqlamada bildirilir ki, 2005-ci ildə yazdığı məktubu 14 ildən sonra siyasi məqsədlər üçün istifadə edilməsini şiddətlə pisləyir, qınayır:

"AMİP liderinin bu hərəkətini əxlaqa və adət-ənənələrimizə zidd hesab edirəm. Yazdığım məktubun üzərindən 14 il keçib. Bu müddət ərzində mənim və ailəmin Əli Əliyevə qarşı nə mənəvi, nə də hüquqi iddiası mövcud deyil.

Bu illər ərzində bizim problemlərimiz onun tərəfindən həll edilib. Etibar Məmmədov, kim sizə haqq verib ki, mənim və ailəmin adıyla siyasi alver edəsiniz? Bəlkə Əli Əliyevin siyasi nüfuzuna, intellektinə, apardığı mübarizəyə qısqanclıq edirsiniz? Özünüzü bu iqtidara təslim etdikdən sonra, iqtidara qarşı mübarizə apara bilmirsiz? Belə səviyyəsiz mübarizə aparılmaz.

Siyasi narazılığınız varsa, çağırın onu debata, siyasi arqumentlər qoyun ortaya, cəmiyyətdə aranızdakı fərqə qiymət versin. Əminəm ki, debatlarda Əli Əliyevin opponentlərinin düşdüyü vəziyyətdən siz də qorxursunuz. Belə olmasa idi, belə müxənnətlik etməzdiniz. Mübarizəni şərəflə apararlar, daha sizin kimi yox.

Cürətiniz varsa, onun qarşısına siyasətçi kimi çıxın. Mənim və ailəm adından bir daha sui-istifadə etməməyə dəvət edirəm sizi. Əks halda, sizin davranışınız məhkəmə predmeti olacaq və qarşınızda məni görəcəksiniz. Görünür, elə siz Əli Əliyə deyil, mənə cavab vermək səviyyəsindəsiniz.

Mən əvvəl yazdığım bütün fikirlərimdən imtina edirəm. Əli Əliyev yüksək mənəviyyatı və milli maraqlara sadiqliyi ilə seçilən bir insan və siyasətçidir. Biz hamımız Əli Əliyevlə fəxr edir, onun qətiyyəti, cəsarəti, savadı və ağlı ilə qürur duyuruq. Ona siyasi mübarizəsində vətəndaş olaraq dəstək verir, daima arxasında varıq. O çox gözəl atadır, hamıya qismət olsun.

Sonda isə, isə sizə müraciət edirəm, Etibar Məmmədov! Bilməyiniz üçün yazıram ki, 14 il əvvəl yazdığım məktubdan, mənim fikrimi öyrənmədən sui istifadəniz, ən azından tərbiyədən uzaq hərəkətdir! Siz əvvəl özünüzdə cəsarət tapıb prezident İlham Əliyevin adının baş hərfini səsləndirin, sonra onunla mübarizə aparanların "bostanına daş atın”. Bir də mənim, ailəmin adından danışıb tərbiyəsizlik etsəniz, cavabınızı ən sərt şəkildə özüm verəcəyəm.

Hörmətli həmvətənlər! Belə adamlar və əməllərdir ki, uzun illərdir Azərbaycanı inkişafdan saxlayır. Belə xəbis və dar düşüncəli şəxslər bu millətin yolunu kəsirlər.

Etibar Məmmədov Əli Əliyev kompleksi yaşayır. Onun Əli Əliyev haqda təşkil etdikləri şantajdan başqa iş deyil. Mən tam məsuliyyəti ilə deyirəm ki, Əli Əliyevin apardığı mübarizə saf, təmiz və ülvi hisslərlə müşayiət olunur. O inanılası şəxsiyyət və çirkablardan yuxarıda duran bir Azərbaycan kişisidir. Ona bütün işlərində müvəffəqiyyət arzu edirəm”.

Qeyd edək ki, 14 il əvvəl yazılan məktubda keçmiş həyat yoldaşı Ə. Əliyevə qarşı sərt ifadələrdən istifadə etmişdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Ən çox oxunanalar