Cümə axşamı, 26 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar İsmayıloğlu: "Rəssam sevdiyi rəngi axtarır ölüncə..."

***
Qadın boşluğudu qollarımın sonu,
bütün fəsillərin sevilməyən tərəfindəyəm...
Gecələr rəngsizliyi geyinmək yorur,
gündüzləri isə
qara buludları göstərib,
çətirləri ovutmaq ağrısı...

...rəssam sevdiyi rəngi axtarır ölüncə,
Tanrı sevdiyi bəndəsini,
Adam Allahdan öncəsini.

...nə azan səsindən,
nə kilsə zəngindən
açın qapıları,
gedirəm bir qadın nəfəsindən.

İndi hər şey çılpaqdı,
bircə adam adama bürünür.

...qolların qırılsın göy üzü,
Tanrı da bu qədər sürünərmiş.
Bağışla, məni hamilə qəbir,
qolumda can verən Vətən imiş!


***
...kəpənəklərin azadlığını
öpüb oxşadıqca ağaclar,
çöhrəsi bulanır kor pəncərələrin...

...qadın ayaqlarından qovur qaranlığı
zalım ata rəsmlərinə,
payızdan qalan yağmur gözlərə.

Ən böyük sevgilər
ən böyük xəyanətlərdə yaşayırmış, sən demə!

Gözün arxada qalmasın payız,
ovcumda daşıyıram
yanmış taleyimin külünü...
Nə geriyə dönməyə gecəm,
nə də güzgülərdə təbəssümüm qalıb!..

Gözünüzə su alın adamlar,
işıq da dolu gözlərə yağır, sabah da!

Eldar İsmayıloğlu

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Quru sərhədlər bu tarixədək bağlı qalacaq - Rəsmi

Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - Yenilənib

Azərbaycanda bu rayonların icra başçısı yoxdur

Yüksək vəzifə verilən Sevinc Həsənova kimdir? – Dosye

Qeyri-qanuni ticarət canlanır - Aİ ölkələrinin tütün bazarında nə baş verir?

Azərbaycanda terror aktı hazırlamaqda ittiham olunan şəxs: İngilis casusuna aid kitab mənə maraqlı gəldi

Dövlət Gömrük Komitəsi “Veysəloğlu”ya cərimə yazdı – Məhkəmə araşdırması...

Ən çox oxunanalar