Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: "TANAP Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq"

Trans-Anadolu qaz kəmərinin (TANAP) ikinci hissəsinin açılışı Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq, çünki daha əvvəl Türkiyəyə 6 milyard kubmetr, və Bolqarıstanla Yunanıstana hərəyə 1 milyard kubmetr qazın tədarükü ilə bağlı müqavilələr imzalanıb

Bunu Trend-ə rusiyalı ekspert İqor Yuşkov deyib.

O bildirib ki, Azərbaycan qazı Türkiyə bazarında İranRusiya qazları ilə rəqabət aparacaq.

İ.Yuşkov əlavə edib ki, Türkiyədə iqtisadi azalma fonunda Ankara qaz istehlakını azaldıb və bunun nəticəsində rəqabət daha da kəskinləşib:

"Türkiyə üçün bu vəziyyət müsbətdir, çünki rəqabət nəticəsində qiymətləri azaltmaq mümkün olacaq. Bundan başqa, Türkiyə qazın tranziti üçün də pul qazanacaq. Azərbaycan üçün Türkiyə bazarına və Bolqarıstanla Yunanıstana çıxış müsbətdir".

Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.

Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.

pia.az


Etiket: TANAP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Ən çox oxunanalar