Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: “Karantin rejimi daha da sərtləşdirilməlidir”  

Reallaşdırılmaqda olunan ciddi karantin rejimini səmərəli və effektlidirmi?..

Tibb elmləri doktoru: “Karantin rejiminin pozulması daha çox məsuliyyətsizlikdən doğan məsələdir”.

“Bu vəziyyətdən mümkün qədər az itkilərlə çıxmalıyıq. Buna görə də karantin rejimi daha da sərtləşdirilməlidir”.

Bu sözləri tibb elmləri doktoru, həkim Adil Qeybulla ölkəmizdə tətbiq edilən karantin rejiminin vətəndaşlar tərəfindən pozulmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda ciddi karantin rejimi tətbiq olunsa da, hətta sms vasitəsi ilə icazə alınınb küçəyə çızxılsa da, paytaxt Bakıda bu demək olar ki, hiss olunmur. Küçələrdə yenə çoxlu maşınlar şütüyür, xüsusən banklarda, məşğulluq idarələrinin qarşısında insanlar kütləvi şəkildə toplanmaqdadırlar. Bu isə ciddi karantin rejiminin effektliliyini şübhə altına faktor olaraq görünmıkdədir. Diqqət çəkın məsələıərdən biri də ciddi karantin rejimində xüsusi icazəyə sahib olan insanların əhatə dairəsinin geniş olmasıdır. Çoxlu sayda özəl şirkətlərin çalışanların bu icazəyə malik olmaları da karantinin effektliliyi ilə bağlı suallar yaradır.

Reallaşdırılmaqda olunan ciddi karantin rejimini səmərəli və effektli hesab etmək olar? Koronavirusa qarşı mübarizədə ciddi karantin rejiminin hansı zəif tərəfləri var və yaxud da əksinə, hansı tədbirlər lüzumsuz, artıqdır?

Mövzunu PİA.az-ın əməkdaşı tibb elmləri doktoru, professor Adil Qeybulla ilə müzakirə edib.

Adil Qeybulla: “Dövlət lazım olan qədər sosial müdafiəsi tədbirlərini görməlidir ki, evdə oturan vətəndaşların ən azı sosial müdafiəsi təmin olunsun”.

İnsanların karantin rejiminin qaydalarını gözləmədiklərini vurğulayan professor Adil Qeybulla PİA.az-a açıqlamasında bildirib ki, lüzumsuz yerə bayıra çıxanlar çoxdur. Hətta saxta sənəd düzəldənlər də və buna görə tutulanlar da var:

“Ümumiyyətlə insanlar karantin rejiminin qaydalarını gözləmirlər. Mən həkim olduğum üçün məcbur işə gedib gəlirəm. Məlumdur ki, bizim işimiz birbaşa bu məsələ ilə bağlıdır. Amma lüzumsuz yerə bayıra çıxanlar çoxdur. Hətta saxta sənəd düzəldənlər də və buna görə tutulanlar da var. Bu həmin şəxslərin öz ailəıəri, ümumilikdə cəmiyyət qarşısında böyük məsuliyyətsizliklərinin göstəricisidir.

İnsanlar vəziyyətin ciddiliyini dərk etmirlər və insanlar bu məsələyə məsuliyyətsiz yanaşırlar. Bir müddət səbrli olmaq lazımdır. Yəni bu xəstəlik yox olana qədər səbr etmək lazımdır.

Adil Qeybulla: “İnsanlar vəziyyətin ciddiliyini dərk etmirlər”.

Biz bu vəziyyətdən mümkün qədər az itkilərlə çıxmalıyıq. Buna görə də karantin rejimi daha da sərtləşdirilməlidir.

Əlbəttə dövlət də lazımı işlər görməlidir. Yəni lazım olan qədər əhalinin sosial müdafiəsi tədbirlərini görmək lazımdır ki, evdə oturan vətəndaşların ən azı sosial müdafiəsi təmin olunsunlar.

Bununla yanaşı vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Düşünürəm ki, karantin rejiminin pozulması daha çox məsuliyyətsizlikdən doğan məsələdir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar