Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əkrəm Həsənov: “ABŞ dünyaya meydan oxumaq halında deyil...”

"Bu, ABŞ sayağı demokratiyadır!"...

“Əksəriyyət bilmir ki, ABŞ-ın qurucu ataları XVIII əsrdə Konstitusiyanı xalq hakimiyyəti naminə deyil, əksinə, onu məhdudlaşdırmaq üçün tərtib ediblər. Federal hökumətlə ştatlar arasında mürəkkəb səlahiyyət bölgüsü, hakimiyyətin üç qola bölünməsi və bu əsnada parlamentin iki palatalı olması, prezidentin birbaşa seçilməməsi və s. – hamısı xalqın (onların aləmində kütlənin) idarəçiliyə real təsirini azaltmaq üçündür. Bu, ABŞ sayağı demokratiyadır!”

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Əkrəm Həsənov bildirib.

Ə.Həsənov qeyd edib ki, bu modeldə parlamentin aşağı palatası xalqa ən yaxın qurum hesab edilsə də, reallıqda həlledici səlahiyyətə malik deyil: “Xüsusilə xarici siyasət sahəsində! Zaman-zaman xarici siyasətə qarışması ya seçkiqabağı fənddir, ya da xarici siyasəti həyata keçirən prezidentin taktiki gedişidir. Elə buna görə də Tayvana da, Ermənistana da “dəstəyi” nə qoca Bayden, nə də cavan qadın müavini (vitse-prezident Harris) deyil, qoca və istefaya gedən aşağı palata rəhbəri sərgiləyir. Boş verin, real siyasəti başqaları həyata keçirir. ABŞ hazırda bütün dünyaya meydan oxumaq halında deyil...”

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar