Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhəd Abıyevin hədələdiyi jurnalistə Mətbuat Şurasından dəstək

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Demokrat.az" xəbər portalının baş redaktoru Vasif Həsənlini qəbul edib...

PİA.az-ın xəbərinə görə, V. Həsənli, Ə.Amaşova Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin mülkləri ilə bağlı ötən gün "Demokrat.az" saytında yayılmış yazı ətrafındakı durumla bağlı məlumat verib.

O bildirib ki, sözügedən yazı materialı ilə bağlı "Demokrat.az" saytının jurnalisti Daşkəsən Rayon İcra Hakimiyyətinin rəsmi elektron poçtuna əvvəlcədən informasiya sorğusu göndərib, eyni zamanda İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin mobil telefon nömrəsinə zəng edərək əlaqə saxlamağa çalışıb. Ancaq Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev jurnalistin informasiya sorğusuna təhqiredici ifadələrlə cavab verərək, Əhəd Abıyevlə bağlı məlumatları yayan şəxsləri "erməni əsilli məxluqlar" adlandırıb.

MŞ sədri jurnalistlərin suallarına etik tərzdə, məmur etikasına uyğun, səlis və əhatəli cavab verilməsinin vacibliyini, hər hansı aşağılayıcı tonun, qeyri-müəyyənliyin yolverilməzliyini vurğulayıb.

Əflatun Amaşov qeyd edib ki, məmurlar jurnalistlərin suallarına cavab verməkdən yayınmağa çalışmamalıdırlar. Hər bir jurnalistin məmura sual vermək və informasiya sorğusu göndərmək ixtiyarı var və sorğuya əhatəli cavab vermək qanunun da tələbidir.

Görüş zamanı Əflatun Amaşov "Demokrat.az" xəbər portalına gələcək fəaliyyətində uğurlar arzu edib.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar

Ən çox oxunanalar