Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əbülfəs Qarayevin ən böyük düşməni elə Flora özü olub...” - Şeyx Əbdül

Xalq artisti Flora Kərimovayla kinorejissor Şeyx Əbdül Mahmudbəyov arasında mübahisə davam edir...

Şeyx Əbdül həmkarının səbəbsiz yerə onun ünvanına səsləndirdiyi ittihamları hələ də başa düşə bilmədiyini deyir.

PİA.az xəbər verir ki, Şeyx, Flora Kərimovayaya və ona “daş atanlar”a cavab vermək üçün geniş bir yazı hazırladığını və tez bir zamanda bunu mətbuata təqdim edəcəyini bildirib:

“Bilirsiniz ki, 77 yaşım tamam oldu. Son olaraq mənə “daş atanlara” cavab vermək üçün bir yazı hazırlamışam. Flora Kərimova mənə şər atır. Mən ona dəstək verən adamlara da cavab verəcəm. Əbülfəs Qarayevin ən böyük düşməni elə Flora özüdür. Deyir ki, “sənə ev veriblər”. Mənim evimi qəzalı vəziyyətə saldıqları üçün ev verdilər. Əsl həqiqət ondan ibarətdir ki, mənim demədiyim sözlərə görə ünvanıma ittihamlar səsləndirir. Qaldı ki, Əbülfəs bəy dostumdur, onu ayağa vermərəm, amma elə Flora özü gecə-gündüz Əbülfəsə daş atmaqla məşğul olub, bununla bağlı bir çox müsahibələri var. Əbülfəs Qarayev böyük bir soyun, kökün nümayəndəsidir, çox gözəl ziyalıdır. Hələ istintaq gedir və ondan sonra kimin kim olduğuna münasibət bildirmək olar. Bunun ümumiyyətlə, Floraya aidiyyatı yoxdur. Allaha and olsun Flora bütün verilişlərdə mənə, ““Şeyulya” sən danış, biz sənə qulaq asaq” - deyirdi. Onun qəfildən mənə qarşı belə bir münasibət sərgiləməsinə məəttəl qalmışam”. (Moderator.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ən çox oxunanalar