Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın yeni hind möcüzəsi - Bütün dünyada böhran olduğu halda Hindistan iqtisadiyyatı böyüyür...

Böhrana girən ABŞ və Çin iqtisadiyyatından fərqli olaraq, Hindistan iqtisadiyyatı bütün göstəricilərdə artım və inkişaf göstərməkdədir...

İqtisadçı-alim: “Çin və Hindistanın iqtisadiyyatı ABŞ və AB ölkələri hesabına daha yüksək səviyyəyə qalxır”.

“Hindistan büdcə kəsirini aradan qaldırmaq üçün xarici investisiyalara ciddi ehtiyacı olan bir ölkədir. Ona görə də bu ölkənin hakimiyyəti büdcə kəsirini ödəmək üçün iri dövlət şirkətlərinin kiçik səhm paketlərini satışa çıxarmağa başladı”.

Bu sözləri iqtisadçı-alim Vüsalə Əhmədova Hindistan iqtisadiyyatının böyüməsi səbəbini PİA.az-a şərh edərkən qeyd edib.

İqtisadi analitiklərin hesablamalarına görə hazırda dünyada ən böyük artıma sahib olan Hindistan iqtisadiyyatıdır. Analitiklər hesab edirlər ki, artıq böhrana girən Çin iqtisadiyyatından fərqli olaraq, Hindistan iqtisadiyyatı bütün göstəricilərdə artım və inkişaf göstərməkdədir.

Bütün dünyada böhran və tənəzzül qeyd edildiyi halda Hindistan iqtisadiyyatının böyüməsi hansı faktorlara bağlıdır və Hindistan iqtisadiyyatını Çin iqtisadiyyatından fərqləndirən nələrdir?

Hindistan və Çin iqtisadiyyatlarının fərqini PİA.az-ın əməkdaşı iqtisadçı-alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Belə bir məlumat da var idi ki, hələ illər öncə Hindistan fond bazarına birbaşa xarici sərmayə qoyuluşuna icazə verilmək üçün təkliflər hazırlayır”.

Ölkənin ən böyük resursunun savadlı əhali kəsimi olduğunu nəzərə çatdıran ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, Hindistan əhalisinin sayına görə dünyanın ikinci ölkəsidir və bu ölkədə gənc yəni, yaşı 25-dən aşağı olanlar əhalinin 45%-ni təşkil edir. Ancaq əksinə, Çində əhalinin sürətlə qocalması prosesi gedir:

“Hələ 10 il bundan əvvəl “Price Waterhouse Coopers” audit və konsaltinq şirkətinin “Dünya 2050” hesabatında, 30 ildən sonra Hindistanın Çin və ABŞ-dan sonra dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevrilə biləcəyi qeyd edilirdi. Hətda bildirilirdi ki, dünya iqtisadiyyatı geosiyasi inqilab yaşayacaq və beləliklə, “Böyük Yeddilik” ölkələrinin ənənəvi iqtisadiyyatlarını inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları əvəzləyəcək, yəni, Rusiya, Hindistan, Çin, Türkiyə, Braziliya, İndoneziya və Meksika kimi ölkələr. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin may hesabatında 2022-ci ildə Hindistan iqtisadiyyatının 6,4% artacağı, AB iqtisadiyyatının 2,7%, ABŞ iqtisadiyyatının 2,6%, Çin iqtisadiyyatının isə 4,5% artacağı proqnozlaşdırılırdı.

Ümumiyyətlə Hindistan iqtisadiyyatının belə sürətlə artmasını nə ilə izah edə bilərik? Kifayət qədər savadlı iqtisadi siyasət yürütməklə, təhsil səviyyəsinin yüksəldilməsi və ən əsası da böyük əhali sayı ilə. Hər zaman qeyd etmişəm, ölkənin ən böyük resursu savadlı əhali kəsimidir. Bilirsiz ki, Hindistan əhalisinin sayına görə dünyanın ikinci ölkəsidir və bu ölkədə gənc yəni, yaşı 25-dən aşağı olanlar əhalinin 45%-ni təşkil edir. Ancaq əksinə, Çində əhalinin sürətlə qocalması prosesi gedir.

Nəzərinizə çatdırım ki, Hindistan böyük iqtisadi islahatlar yolu keçib. Tarixə nəzər yetirsək, Hindistanın ilk baş nazirinin dönəmində iqtisadiyyatın bütün strateji sahələri dövlətin əlində idi. Daha sonra hakimiyyətə gələn İndira Qandi də oxşar siyasət yürütməyə davam etdi. Dövlətin iqtisadi siyasəti əsasən sosialist yönümlü idi və bizneslə məşğul olmaq üçün çoxlu məhdudiyyətlər var idi. Həmin dövrdə dövlət bütün səylərini yalnız kənd təsərrüfatının modernləşdirilməsinə yönləndirirdi. Bunun nəticəsində də, 1978-ci ildən etibarən Hindistan ərzaq idxalını dayandırdı və demək olar ki, özünü ərzaqla tam təmin etməyə nail oldu. İndira Qandinin 1984-cü ildə öldürülməsindən sonra Hindistanda demokratik islahatlar dövrü başladı. İqtisadiyyat sürətlə liberallaşdırıldı, kiçik və orta biznesin önünü kəsən maneələr aradan qaldırıldı. Əvvəlki dövrlərdə, sərt dövlət tənzimləməsi və nəzarət, vəzifəli şəxslərin özəl müəssisələrin işinə daimi müdaxiləsinə səbəb olurdu. Bu da orta və kiçik bütün kateqoriyalardan olan sahibkarların güclənməsinə mane olurdu.

Vüsalə Əhmədova: “Hindistan böyük iqtisadi islahatlar yolu keçib”.

Nəticədə də, Hindistanda oliqarx kapitalizminin formalaşması prosesi gedirdi. İslahatlar isə ilk öncə innovativ şirkətlərin, xüsusən də, kiçik və orta sahibkarların sayının artmasına kömək etdi ki, bu da həm ixrac məhsulları baxımından, həm də ölkənin maşınqayırma sənayesinin inkişafı baxımından sıçrayışa səbəb oldu. Xüsusilə, dövlətin tətbiq etdiyi vergi güzəştləri, islahatların ilkin mərhələsində hökumətin kiçik istehsalçılardan böyük məhsul qrupunu dövlət zəmanət ilə alıması, o cümlədən, tarif dərəcələrinin məhdudlaşdırılması ilə ixracyönümlü modelə keçid iqtisadiyyatın dirçəlməsinə təkan verdi.

Hazırda ölkə istehsal, informasiya və maliyyə xidmətlərinin autsorsinqi sahəsində dünya bazarında liderlərdən birinə çevrilib. Həmçinin, Hindistan əczaçılıq sahəsində, kənd təsərrüfatı və heyvandarlıq baxımından da liderliyini qoruyub saxlayır. Ölkənin ÜDM-da kənd təsərrüfatının payı 17-18%-dir. Bundan əlavə də, Yaponiya şirkətləri ilə françayzinq əsasında maşınqayırma sənayesi inkişaf etdirilir. Bilirsiz ki, Çin və Hindistan inkişaf etmiş ölkələri ucuz idxal malları ilə təmin edən ölkələrdir. Bu da istehlak bumunun yaşanmasına səbəb olur. İnkişaf etmiş ölkələrin sənayesi ucuz idxala qarşı dirəniş göstərə bilmir.

Belə demək olar ki, Çin və Hindistanın iqtisadiyyatı ABŞ və AB ölkələri hesabına daha yüksək səviyyəyə qalxır. Son iki ildə ölkə iqtisadiyyatının yüksəlməsinin əsas səbəbi pandemiyanın davam etməsinə baxmayaraq xarici sərmayə qoyuluşunun əhəmiyyətli dərəcədə artıması oldu. Hindistan büdcə kəsirini aradan qaldırmaq üçün xarici investisiyalara ciddi ehtiyacı olan bir ölkədir. Ona görə də bu ölkənin hakimiyyəti büdcə kəsirini ödəmək üçün iri dövlət şirkətlərinin kiçik səhm paketlərini satışa çıxarmağa başladı. Belə bir məlumat da var idi ki, hələ illər öncə Hindistan fond bazarına birbaşa xarici sərmayə qoyuluşuna icazə verilmək üçün təkliflər hazırlayır. Xarici investisiyalar üçün yaradılan münbit şərait nəticəsində, 2021-ci ildə xarici sərmayə qoyuluşu təxminən 74 milyard dollara çatdı. Belə demək olar ki, bu ölkənin istənilən səviyyədə inkişaf etməməsinin yeganə səbəbi enerji resurslarına malik olmamasıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Ən çox oxunanalar