Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın müxtəlif ölkələrində həftəlik iş saatları – Araşdırma

Dünyanın ən zəhmətkeş ölkələri mütləq ki, ən varlı ölkələri də ola bilməz…

ABŞ-da tez-tez “9-dan 5-ə” (9:00-dan 17:00-a qədər) tipik ofis günü hesab ediıir. ABŞ işçilərinin əksəriyyəti həftədə orta hesabla 34,4 saat işləyir. Bununla belə, dünyada bir çox insan daha uzun saatlar işləyir.

Mədəni münasibət, işəgötürənin qanunları, konvensiyaları və sosial-iqtisadi amillər, digər təsirlər iş saatlarının sayını müəyyən edir. Bundan əlavə, bəzi insanlar şəxsi və ya ailə ehtiyaclarını təmin etmək üçün daha uzun saatlar işləməlidirlər. Dünyanın ən zəhmətkeş ölkələri mütləq ki, ən varlı ölkələri də ola bilməz.

Daha uzun saatlarla işləyən işçilər daha qısa iş saatları ilə işləyənlərə nisbətən daha yüksək illik əmək haqqı almırlar. Məsələn, Hollandiyada orta işçi həftədə 37,3 saat işləməklə illik 54,262 dollar qazanır, lakin Portuqaliyada adi işçi həftədə 40,7 saat işləməklə 25,487 dollar qazanır.

İşlənmiş saatlar baxımından inkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələri geridə qoymağa meyllidirlər. Əslində, bir neçə inkişaf etmiş ölkə vətəndaşlarına daha sağlam iş/həyat balansından istifadə etmək və həddən artıq işləməkdən qaçmaq məqsədilə 4 günlük iş həftəsinə keçid edir.

Dünyanın 12 Ən Çox İşləyən Ölkələri isə bunlardır (işçiyə düşən faktiki həftəlik iş saatlarına görə, ILOSTAT):

Tanzaniya — 54
Banqladeş — 51
Seneqal — 51
Qambiya — 50
Kamboca — 49
Liberiya — 49
Pakistan — 49
Qətər — 49
Butan — 48
Esvatini — 48
İordaniya — 48
Maldiv adaları — 48

Bir neçə Avropa ölkəsi orta hesabla həftədə 40 saatdan az işləsə də, bu, dünyanın digər ölkələrində belə deyil və ya bu mümkün deyil. Birləşmiş Ştatlarda bir çox tam ştatlı işçilər iş-həyat balansı ilə mübarizə aparır və tez-tez daha çox iş görmək üçün məzuniyyət vaxtını ofisdə keçirirlər. Bununla belə, amerikalı işçilər hər həftə digər ölkələrdə işçilərin işlədiyi orta saat sayına təəccüblənə bilər.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrinin ümumi ÜDM-si 57,9 trilyon ABŞ dolları təşkil edir və 96,1 ABŞ dolları qlobal ÜDM-nin 60%-dən bir qədər çoxunu təşkil edən inkişaf etmiş və əsasən yüksək gəlirli ölkələrdən olan 38 ölkə var.

2021-ci ildə ortalama iş saatı:

1.Meksika 2.128
2.Kosta-Rika 2.073
3.Çili 1.916
4.Cənubi Koreya 1.915
5.Yunanıstan 1.872
6.Polşa 1.830
7.ABŞ1.791
8.İrlandiya 1.775
9. Estoniya 1.767
10. Çexiya 1.753

Təşkilatın bir digər üzvü olan Çilidə isə əhali arasında sosial uçurum mövcuddur. Əhalinin ən zəngin 20 %-i illik 31 000 $, ən kasıb 20%-i isə illik 2400 $ qazanır.

Siyahıda 4-cü olan Cənubi Koreyada isə 2015-ci ildən iş saatları azaldılır. Hökümət əhalinin azalan artım tepmini, doğumun azalmasına qarşı tədbir olaraq iş saatlarını azaltmağa, insanların həyat şəraitini yaxşılaşdırmağa çalışır.

İrlandiya isə 2022-ci ildə 2.55 milyon insanı işlə təmin edərək ölkə üzrə rekord göstəriciyə çatıb. Bununla da irlandlar Covid 19-dan sonra çökmüş xidmət sektorunu ayağa qaldırmağı bacarıblar.

Qeyd: Forbes Azərbaycan üçün ortalama iş saatını 38 olaraq göstərib.

Mənbə: Forbes

Tərcümə: Ziya MEHTİ

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür – Fotolar

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Ən çox oxunanalar