Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya futbol ulduzları Bakıya gələcəklər

UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar futbolsevərlər üçün bir sıra yeniliklər baş verməkdədir

Belə yeniliklərdən biri də martın 3-də saat 12:30-da Bakının mərkəzində “Bakı 2019: Ulduzlar Finalı” adlı möhtəşəm qarşılaşma olacaq. Həmin oyunda yerli və əcnəbi futbolçuları çıxış edəcəklər.

Eydur Qudyonsen, Maykl Essien, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze, yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanovun və digər futbol ulduzlarının iştirakı ilə keçiriləcək oyunda hər komandadan 5 oyunçu meydana çıxacaq, 1 nəfər isə ehtiyat oyunçular skamyasında əyləşəcək. Komandanın heyətinə bir nəfər Region Liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək. Bundan əlavə, “Avropa Liqası Final 2019”a həsr olunmuş “İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov “böyük oyun”da media nümayəndələrini təmsil edəcək.

Paytaxt sakinləri hər kəsə açıq olacaq bu maraqlı qarşılaşmanı yalnız izləməyəcəklər. Eyni zamanda, müsabiqədə iştirak etməklə futbol ulduzları ilə eyni meydanı paylaşmaq şansı qazanacaqlar.

Yarış iştirakçıları üçün müsabiqə iki istiqamətdə keçiriləcək. Birinci şərtə görə, iştirakçılar fevralın 23-24-də Topaz Premyer Liqasının XVIII turunda oyunların baş tutacağı stadionlardan birində (oyun zamanı) selfi çəkdirməli, şəkli şəxsi “Facebook” hesabında “#joinallstar” həştəqi ilə paylaşmalı və paylaşımı hər kəsə açıq etməlidirlər.

İştirak üçün digər seçim isə futbol bacarıqları ilə bağlıdır. Belə ki, iştirakçılar futbol oyunu zamanı hər hansı maraqlı futbol hərəkətlərini və ya qol vurduqları anı videoya çəkməli, eyni qaydada videonu şəxsi “Facebook” hesabından #joinallstar həştəqi ilə paylaşmalı və paylaşımı hər kəsə açıq etməlidirlər. Videoda iştirakçının üzü aydın görünməli və görüntü 10 saniyəni keçməməlidir.

İlk müsabiqənin qalibi təsadüfi seçim əsasında müəyyənləşəcək. İkinci müsabiqənin qalibini isə münsiflər heyəti təyin edəcək. İştirakçılar müsabiqələrdən yalnız birində iştirak edə bilərlər.

www.finalbaku2019.az saytında qeydiyyatdan keçməyən iştirakçıların paylaşımı qəbul olunmayacaq. Qeydiyyatdan keçmək üçün https://goo.gl/forms/4Y6NCWnefozlxzpB2 keçidinə daxil olmaq, qeydiyyat formasını doldurmaq və ən əsası, “Facebook” paylaşımının linkini müvafiq xanada qeyd etmək lazımdır.

Müsabiqənin qaydaları ilə bağlı ətraflı məlumatı www.finalbaku2019.az/allstar keçidindən əldə etmək mümkündür.

Bakı 2019: Ulduzlar Finalı” günü izləyicilər üçün də maraqlı və əyləncəli proqramlar nəzərdə tutulub. Yarışın keçiriləcəyi ərazi saat 12:00-dan paytaxt sakinləri üçün açıq olacaq. Bundan əlavə, www.finalbaku2019.az saytında fəaliyyət göstərən “Hesabı Tap” yarışının fevral ayına olan qalibi də həmin gün mükafatlandırılacaq.(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar