Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət dini icmalara maliyyə yardımı ayırmağa başladı


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə bu iş üçün 2,5 milyon manat ayrılıb


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini icmalara maliyyə yardımı ayırmağa başlayıb.
 
Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə mayın 29-da Dövlət Komitəsində maliyyə yardımı ayrılmış ilk 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
 
Qeyd olunub ki, prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 2,5 milyon manat vəsait ayrılıb.
 
Toplantıda Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışaraq bildirib ki, ayrılan maliyyə vəsaiti ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə sərf ediləcək. O qeyd edib ki, Dövlət Komitəsində maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası yaradılıb. Komissiya icmalar tərəfindən təqdim edilən layihələri müzakirə etdikdən sonra həmin layihələrə uyğun olaraq icmalara vəsaitin ayrılması barədə qərar qəbul edilir. Komitə sədri əlavə edib ki, icma sədrləri onlara ayrılan vəsaitin istifadə olunması ilə bağlı rəhbərlik etdikləri icma üzvlərinin rəyini də nəzərə almalıdırlar.
 
Dini maarifləndirmənin əhəmiyyətindən danışan Dövlət Komitəsinin sədri milli-mənəvi, o cümlədən dini dəyərlərin olduğu kimi insanlara çatdırılmasının vacibliyini vurğulayıb. Mübariz Qurbanlı qeyd edib ki, icmalar tərəfindən layihələrin reallaşması, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin düzgün təbliği, xüsusilə gənclərə dinin olduğu kimi izah edilməsi radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcək.
Maarifləndirmə sahəsində Azərbaycançılıq ideologiyasının təbliğinə xüsusi diqqət ayrılmasının vacibliyindən danışan DQİDK sədri qeyd edib ki, Heydər Əliyev Azərbaycançılığı dövlət ideologiyasına çevirib: 
 
“Hazırda bu siyasət Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan hakimiyyəti dinə qayğı göstərir. Belə ki, dövlət tərəfindən yeni məscidlər tikilir, tarixi-dini abidələr əsaslı şəkildə bərpa olunur”.
 
Eyni zamanda, Mübariz Qurbanlı dini icma sədrlərinin yerlərdə axund və imamlarla, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətinin vacibliyini vurğulayıb.
 
Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidi dini icmasının sədri İlşad Süleymanov toplantıda çıxış edərək dini sahəyə göstərdiyi diqqət və qayğıya, həmçinin dini icmalara ayrılan vəsaitə görə dövlət başçısı İlham Əliyevə dindarlar adından təşəkkürünü bildirib.
 
Yasamal rayonu, “Xanım Zəhra” məscidi dini icmasının sədri Ramiz Tahirov isə icmalara ayrılan maliyyə vəsaitinin dini maarifləndirmə işinə və gənclər arasında düzgün təbliğatın aparılmasına müsbət təsir göstərəcəyini vurğulayıb. O qeyd edib ki, dindarlar dövlət başçısının bununla bağlı sərəncamını yüksək qiymətləndirir və bunu tarixi hadisə hesab edirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar