Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Donald Trampın impiçmenti ilə bağlı dinləmələr başlayıb

ABŞ Konqresinin Nümayəndələr palatasının Kəşfiyyat komitəsində prezident Donald Trampın impiçmenti çərçivəsində ilk açıq dinləmələr başlayıb...

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, ilk olaraq Ukraynada səfir əvəzi Bill Tailor və dövlət katibinin müavini Corc Kent ifadə verəcək.

Qeyd edək ki, iqtidardakı Respublikaçılar Partiyası rəqib demokratları dəfələrlə gizli təhqiqat aparmaqda günahlandırıb. Əks tərəf isə səs çoxluğu ilə impiçmentlə bağlı xüsusi qətnamə qəbul edib.

Bundan əvvəl sabiq və hazırkı rəsmi şəxslər bu məsələyə dair ifadələrini qapalı şəkildə versələr də, ifadələrin bəziləri artıq KİV-də dərc olunub, yaxud Konqresin demokrat üzvləri tərəfindən açıqlanıb.

Xatırladaq ki, prezident D.Tramp barəsində impiçment prosesi onun siyasi rəqibi olan sabiq vitse-prezident Co Baydenlə bağlı araşdırma aparması üçün Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiqlər barədə xəbərlərin üzə çıxmasından sonra başlamışdı. D.Tramp isə Ukrayna hökumətini korrupsiyaya qarşı tədbirlər görməyə çağırdığını bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar