Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dolların neft ticarətində əsas valyuta olmama təhlükəsi... - ABŞ-ın taleyi dollara nə qədər bağlıdır?

ABŞ-ın valyutası neft ticarətində əsas valyuta olmazsa, ABŞ iqtisadiyyatı və maliyyə sektorunda nələr baş verə bilər?..

İqtisad elmləri doktoru: “Sovetlər birliyi dağıldıqdan sonrakı dövrdə və xüsusi olaraq Putin hakimiyyəti dövründə Qərb Rusiyanın neft və qazdan siyasi təziq aləti kimi istifadə edəcəyini yaxşı bilirdi”.

Rusiya unudur ki, bu gün dünyada 25 trliyon dollardan artıq sərbəst vəsait özünə münbit təyinat yeri axtarır. Bu isə o deməkdir ki, güclü iqtisadiyyata malik demokratik Qərb ölkələri özlərinin qaz təchizatı problemini 1-2 il içərisində tam həll etmək iqtidarındadırlar və onlar artıq Rusiyanın bundan sonra özünü necə aparmasından asılı olmayaraq bunu edəcəklər”.

Bu sözləri professor, sabiq maliyyə naziri Fikrət Yusifov Rusiyanın Çin, Hindistan, Türkiyə və başqa ölkələrə nefti milli valyutalarla satmaq cəhdinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Bilirik ki, 1971-ci ildən sonra neft ancaq dollarla satılır və bu ABŞ dollarının dünya valyutası olaraq qalmasında əsas faktor olaraq çıxış edir. Bəzi məlumatlara görə qazı Avropaya rublla satmağa çalışan Rusiya neft ticarətini də milli valyutalar üzərindən həyata keçirmək üçün Çin, Hindistan və Türkiyə kimi ölkələrlə danışıqlar aparır və onlara milli valyuta ilə bazar qiymətlərindən daha ucuz neft təklif edir.

Qeyd edək ki, ötən əsrdən başlayaraq ABŞ-ın fövqəldövlət olaraq var olması üçün əsas rolu dollar oynayır və dolların bir dünya valyutası kimi çıxış etməsi həm də ABŞ-ın dünya üzərindəki nəzarətini təmin edən əsas faktordur. Uzun illərdir ki, bəzi ölkələrin liderləri dolların dünya ticarəti üzərində dominat rolundan şikayətçi olmaqla yanaşı, bu “sehrli dairə”dən çıxmağa çalışanlar da olub. Lakin həmin liderlərin taleyi heç də qibtəedici olmayıb. Buna misal olaraq Səddam Hüseynin və Muammər Qəzzafinin taleyini göstərmək olar. Bəzi iddilara görə onlar məhz dolların hakimiyyətinə qarşı olduqlarına görə həyatlarını acınacaqlı şəkildə bitiriblər.

Günümüzdə isə İkinci Dünya Müharibəsindən sonra qızılı əvəz etməyə başlayan dolların sonsuz hakimiyyətinə qarşı Rusiya prezidenti Vladimir Putin çıxmaqdadır. Doğrudur, bəzən başqa ölkələrin liderləri də ona bu məsələdə sözdə dəstək verirlər, lakin bu dəstək sözdən o yana heç də gedib çıxmır. Belə liderlər arasında Çin, Türkiyə, İran, Braziliya və s. ölkələrin liderləri var.

Ukraynaya hücum edəndən sonra isə çox ciddi sanksiyalarla üzləşən Putin ABŞ-ı ən zəif yerindən, enerji bazarında dollarla ticarətə əsas zərbəsini vurmağa çalışır. Bunun üçünsə Putin “dost olmayan ölkələrlə” qaz satışını rublla həyata keçirmək barədə fərman imzalayıb. Lakin bu fərmanın işləməsi üçün mexanizm demək olar ki, yoxdur. Çünki Rusiyadan qazı rublla almaqdan imtina edən Avropa Birliyi ölkələri Putini dalana dirəyə bildilər. Bütün məsələ isə ondadır ki, əgər Rusiya Avropaya qaz satmağı dayandırarsa, o zaman istismar olunan qaz quyularını da bağlamalıdır.

Bəzi məlumatlara görə isə hazırda Rusiya ABŞ-ın əsas qüdrətini zədələmək və zəiflətmək üçün neftin dollarla deyil, milli valyutalarla satılmasına cəhd edir. Lakin OPEK ölkələrinin hazırda belə bir qərar verəcəyinin mümkünsüzlüyünü anlayan Moskva öz neftini daha ucuz qiymətə böyük alıcılara, Çin, Hindistan, Türkiyə kimi ölklərə milli valyuta ilə satmaq üçün danışıqlar aparır. Danışıqların nə qədər uğurlu olacağını isə, son nətəicədə Vaşinqtonun sərgiləyəcəyi mövqe müəyyənləşdirəcək. Çünki bu ölkələrin hər birinin ABŞ-ın təzyiqlərinə sona qədər dözmək imkanları olmadığı kimi, ABŞ-dan istədikləri siyasi-iqtisadi, hətta geosiyasi maraqlarının da təminatları var və Putinin təklifi onlar üçün Vaşinqtondan daha çox şey qoparmaq üçün fürsət olaraq da dəyərləndirilir.

Bəs Rusiya Çin, Hindistan, Türkiyə, ya da başqa ölkələrə nefti milli valyutalarla satmağa nail olsa, dolları hansı tale gözləyə bilər? Xarici borcu 30 trilyonu ötməkdə olan ABŞ-ın valyutası neft ticarətində əsas valyuta olmazsa, ABŞ iqtisadiyyatı və maliyyə sektorunda nələr baş verə bilər? Bu pramidanın çöküşü kimi bir şey olarmı?..

Mövzunu PİA.az-ın əməkdaşı sabiq maliyyə naziri Fikrət Yusifovla müzakirə edib.

Fikrət Yusifov: “Bu gün dolların dünya ticarət şəbəkəsində rolu və təsiri o qədər böyükdür ki, Rusiya kimi kiçik və texnologiyadan məhrum olan iqtisadiyyata sahib olan bir ölkə dolların mövqeyini sarsıtmaq imkanlarına sahib deyil və bunu xəyal belə etməsi gülüncdür”.

Uduzan və həm də çox böyük maddi itkilərlə uduzan tərəfin Rusiyanın olacağından əminliyini ifadə edən iqtisad elmləri doktoru PİA.az-a açıqlamasında qeyd edib ki, dolları zəiflətmək sahəsində Rusiyanın Çinə, Hindistana və Türkiyəyə bağladığı ümüdlər boş bir xülyadan başqa bir şey deyil:

Rusiyanın öz enerji resurslarını Qərb ölkələrinə dollar və avro ilə deyil, hər hansı başqa bir valyuta ilə o, cümlədən bu gün öz real dəyərini rəsmi elan olunandan daha çox itirmiş rubulla satmaq istəyi, Putin hakimiyyəti dövründə mütəmadi olaraq gündəmə gətirilib. Sovetlər birliyi dağıldıqdan sonrakı dövrdə və xüsusi olaraq Putin hakimiyyəti dövründə Qərb Rusiyanın neft və qazdan siyasi təziq aləti kimi istifadə edəcəyini yaxşı bilirdi. Elə bu səbəbdən də ABŞ-ın xüsusi dəstəyi ilə AB ölkələri Avropanın enerfi təchizatının, ilk növbədə qaz təchizatının şaxələndirillməsi üçün ciddi cəhdlər edirdilər.

Son 20 ildə xarici siyasətinin mayası başqa ölkələri şantaj etməklə qoyulmuş Rusiya öz xislətini dəfələrlə ortaya qoyaraq, qoca qİtəni qazla şantaj edib. İndi isə Rusiya bu şantajın daha eybəcər bir formasına əl atmaq istəyir, qazı Avropa ölkələrinə ölü rublla satmaq istəyir. Ancaq bunun Avropa ölkələri üçün müvəqqəti çətinlik yaratmaqdan başqa heç bir nəticəsinin olmayacağını anlamır. Anlamır ki, o bu şantajla özünün ənənəvi qaz bazarlarını birdəfəlik itirəcək.

Fikrət Yusifov: “Rusiyanın nefti, qazı rubulla satmaq istəyi sadəcə istəkdən başqa heç nə ola bilməz”.

Rusiya unudur ki, bu gün dünyada 25 trliyon dollardan artıq sərbəst vəsait özünə münbit təyinat yeri axtarır. Bu isə o deməkdir ki, güclü iqtisadiyyata malik demokratik Qərb ölkələri özlərinin qaz təchizatı problemini 1-2 il içərisində tam həll etmək iqtidarındadırlar və onlar artıq Rusiyanın bundan sonra özünü necə aparmasından asılı olmayaraq bunu edəcəklər. Uduzan və həm də çox böyük maddi itkilərlə uduzan isə Rusiya olacaq. Bu problemin çözülməsində Rusiyanın Çinə, Hindistana bağladığı ümüdlər isə boş bir xülyadır.

Rusiya unutmamalıdır ki, ABŞ və Aİ birlikdə dünya iqtisadiyyatının az qala yarısına sahib bir gücdürlər. Rusiya isə dünya iqtisadiyyatının cüzi bir damlasını, ortalama cəmi 1.7 faizini ifadə edir. Bu isə, o deməkdir ki, Rusiya iqtisadiyyatında baş verən proseslər və daralmalar ümumilikdə dünya iqtisadiyyatına təsir etmək imkanı yoxdur. Ən yaxşı halda hansısa ölkə qısa zamana problemlər yarana bilər ki, bu problem də alternativ bazarlar vasitəsi ilə aradan qaldırılacaq.

Bu gün dünya iqtisadiyyatının ikinci siması olan Çində istehsal olunan məhsulların ən böyük bazarı ABŞ-dır, Avropa ölkələri isə bu sırada ikincidir. Bu səbəbdən Rusiyanın nefti, qazı rubulla satmaq istəyi sadəcə istəkdən başqa heç nə ola bilməz. Çünki Çin Rusiyanın hansısa marginal maraqlarına görə öz iqtisadiyyatını sartmaz və bu mümkün deyil.

Bu gün dünyada ABŞ dollarının rəsmi olaraq hesablaşmalarda əsas valyuta olması 1944-cü ildə dünya ölkələri tərəfindən, o cümlədən, Rusiyanın bu gün rəsmi varisi olduğu Sovetlər Birliyi tərəfindən rəsmən qəbul edilib. Bu gün dünya ölkələrinin valyuta ehtiyatlarının 70%-ə qədəri, dünyada aparılan bütün hesablaşmaların 80%-ə qədəri ABŞ dollarının payına düşür.

Fikrət Yusifov: “Bu gün ABŞ iqtisadi hegemon olduğu kimi, onun milli valyutası da rəsmi hegemon valyutadır və digər valyutalar üçün ölçü vasitəsidir”.

Dollar etalondur – başqa valyutaların məzənnəsini müəyyənləşdirmək üçün bir tərəzidir və bu bu tərəzi böyük bir iqtisadi gücün – yalnız hərbi büdcəsi Rusiyanın dövlət büdcəsindən az qala 3 dəfə çox olan Amerika Birləşmiş Ştatlarının dünyaya rəsmən təqdim etdiyi bir tərəzidir. Əgər bu tərəzidən imtina etmək mümkün olsaydı, dünyada belə həvəsdə olan ölkələr, o cümlədən həmən dövrün dünya nəhəngi hesab olunan Sovetlər İttifaqı bunu 1971-ci ildə etməyə cəhd göstərməli idilər. Çünki 1971-ci ilə qədər dollar bütün hesablaşmalarda qızıl təminatı olan valyuta kimi çıxış edirdi və bu prinsip 1944-cü ildə məhşur Bretton-Vuds konfransında qəbul olunmuşdu. Lakin 1971-ci ildə ABŞ dolların qızıl təminatından imtina etdi və Birləşmiş Ştatların bu qərarı beynəlxalq maliyyə sistemində heç nəyi dəyişə bilmədi.

Bu gün dolların dünya ticarət şəbəkəsində rolu və təsiri o qədər böyükdür ki, Rusiya kimi kiçik və texnologiyadan məhrum olan iqtisadiyyata sahib olan bir ölkə dolların mövqeyini sarsıtmaq imkanlarına sahib deyil və bunu xəyal belə eləməsi gülüncdür.

Bir sözlə, bu gün ABŞ iqtisadi hegemon olduğu kimi, onun milli valyutası da rəsmi hegemon valyutadır və digər valyutalar üçün ölçü vasitəsidir. Rusiyanın çabaları isə suda boğulanın saman çöpündən tutması qədər anlaşılandır. Moskva sadəcə bu məsələdən təbliğat vasitəsi olaraq yararlanıb daxili ictimai vəziyyətə təsir etmək istəyir və buna da uzun müddət nail ola biləcəyini zənn etmirəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar