Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Direktor: "Hazırda Laçında pediatr və terapevtlərə ehtiyac var"

Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayıl hazırda Laçında pediatr və terapevt həkimlərə ehtiyac olduğunu bildirib...

O, "Report"a açıqlamasında deyib ki, hazırda Laçın rayonunda daimi 4 həkim, 5 orta tibb işçisi fəaliyyət göstərir, digərləri isə rayona ezam olunanlardır.

"Laçın rayonunda ilk tibbi fəaliyyətimiz may ayında, elə ilk köç prosesi zamanı başlayıb. Onda yalnız təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyət göstərirdi. Sonra modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı. Mərkəz fəaliyyətə başladıqdan sonra buraya işçilər götürüldü. Həkim və tibbi bacısı kollektivi orada işə başladı, hansı ki, onların arasında Laçına köçüb yaşayanlar da var. Bu yaxınlarda isə bir nəfər təcili yardım və ultrasəs müayinəsi həkimi işə götürülüb. Digər həkim kadrlara, o cümlədən pediatr və terapevtlərə ehtiyyac var. Amma məsələ burasındadır ki, hələ xəstəxana hazır deyil", - O.Cəbrayıl qeyd edib.

Direktor bildirib ki, hazırda xəstəxanada son tamamlama işləri gedir: "Xəsətəxana fəaliyyətə başladıqdan sonra cərrah, cərrah-travmatoloq, oftalmoloq, nevroloq, kardioloq, dəri-zöhrəvi və digər ixtisaslar üzrə həkimlərə ehtiyac olacaq. Müraciətlər var və onları dəyərləndirəcəyik. Müraciət olmayan ixtisas üzrə də axtarışdayıq və məqsədimiz onları bura cəlb etməkdir. Amma bütün bunlar xəstəxanada işlər yekunlaşdıqdan sonra olacaq".

Poliqon.info


Etiket: Laçın


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Ən çox oxunanalar