Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM: Yuxarı yaşda olanların heç biri dövlət qulluğu imtahanında uğur qazana bilməyib


Dövlət İmtahan Mərkəzi (DİM) 30 iyunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında statistik məlumatları açıqlayıb


DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 807 nəfəri kişi, 569 nəfəri isə qadın olub.

Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 714 nəfər (qeydiyyatdan keçənlərin 88.5%-i), qadınlar üzrə isə 512 nəfər (qeydiyyatdan keçənlərin 90%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 1-i kişi, 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 5 nəfəri (3 kişi, 2 qadın) imtahanı uğurla keçib.

Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 188 nəfəri (96 kişi və 92 qadın) 20‑24 yaş intervalında olan namizədlərdir. Bu yaş qrupu üzrə imtahandan iştirak edən kişilərin 40.5%-i, qadınların isə təqribən 54.4%-i müvəffəqiyyət əldə edib.

25-29 yaş intervalında isə 226 nəfər (127 kişi və 99 qadın) lazım olan balı toplaya bilib.

İmtahanda uğur qazanan namizədlərin 482 nəfəri, yəni təqribən 95%-i yaşı 34-ə qədər olan insanlardır. Bu göstərici 22 aprel tarixində keçirilən imtahanda da təxminən eyni idi (96%). Bu onu göstərir ki, imtahanlarda uğur əldə edən namizədlər əsasən gənclərdir. Yaş intervalı artıqca uğur əldə edənlərin faizi aşağı düşür.

35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 26 nəfərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 508 nəfəri (36.9%) müvəffəqiyyət əldə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar