Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dəyişən dünyanın görünməz lideri: “Vitol Group”

“Vitol Group-u hədəf alan korrupsiya əməliyyatlarından heç bir nəticə çıxmayacaq. Kim bu korrupsiya məsələsini ortaya qoyubsa, əvəzini də ödəyəcək”...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 4 sentyabr 2020-ci il

Keçən gün Almaniya kansleri Merkel ekranlarda görünərək deyib: “ABŞ Şimal Axınında işləyən bütün mühəndislərimizi təhdid edib. Hamı ölüm qorxusu ilə üz-üzə qalıb. Buna baxmayaraq, layihə dayanmayıb və dayanmayacaq. ABŞ-a rəğmən bu layihə başa çatacaq”.

Almaniya kanslerinin bu sözləri göz qabağındadır. Bir gün sonra isə “Bild” səhnəyə gəlib və “Şimal Axınından imtina et, Merkel”, başlığını manşetə çıxarıb. “Bild” rəsmə olaraq kanslert Merkelin cavabını verməyə çalışır və Şimal Axınını dayandırmağa çağırır.

Bunlar baş verərkən həm də Aleksey Navalnıy məsələsi də irəli sürülüb. Yəni vaxtı öncədən təyin edilmiş bir əməliyyatdır. İddialara görə, Navalnıy “Noviçok” kimi tanınan kompleks bir kimyəvi maddə ilə zəhərlənib. Rus dilində “yeni gələn” mənasını verən Noviçok ilk dəfə 1991-ci ildə Sovet İttifaqı dağılmadan əvvəl Özbəkistanda dövlətə məxsus bir laboratoriyada sintetik olaraq istehsal olunan sinir qazı qrupuna verilən addır. “Noviçok”un İngiltərənin Selsberi şəhərində 2 il əvvəl keçmiş rus casusu Sergey Skripal və qızı Yuliaya qarşı edilən hücumda da istifadə olunduğu məlumdur. Navalnıyın toksikoloji nəticələri də açıq şəkildə “Noviçok” sinir qazına işarə edir. Lakin qəribədir ki, onu müalicə edən həkimlər arasında amerikalılar da var.

Sibirin Tomsk şəhərindən Moskvaya gedən təyyarədə huşunu itirən Navalnıy aparıldığı xəstəxanada komaya düşüb. Navalnıy tərəfdarları müxalifət liderinin çayına zəhərli bir maddə qoyulduğunu iddia edir.

ABŞ-ın Almaniya-Rusiya ortaqlığına mane olmaq üçün bu yola əl atdığını deyənlər çoxdur. Şimal Axını ABŞ-ın qəti şəkildə qarşı çıxdığı bir layihədir. Bu müharibə Almaniya daxilində və xaricində hələ də davam edir və edəcək. Həmçinin, bu vəziyyət Aralıq dənizində və Yaxın Şərqdə də özünü göstərəcək.

Qeyd etmək lazımdır ki, “Noviçok”un bir qrup A-230 maddəsinin VX sinir qazından 5-8 dəfə zəhərli olduğu deyilir.

Yenə açıq mənbələrı araşdırmaq daha faydalı olacaq. ABŞ, Çin, Almaniya, Rusiya, İngiltərə, Fransa, Yaponiya - bunlar dünyaya baxarkən görəcəyimiz böyük qüvvələrdir. Bildiyimiz kimi, ABŞ və İngiltərə hər zaman bir addım irəlidədir. Almanlar da idealları baxımından hər zaman bunlara yaxındırlar. Müharibələrin başlamasının səbəbi də budur. Lakin gəlin məsələni daha da açaq.

“Vitol Group” nə dərəcə güclüdür? Haqqında az məlumat olan bu qrupun məqsədi nədir? Suallar çoxdur, amma cavablar lap azdır. Bu, uzun illərdir vacib ölkələrdə cavabı ən çox axtarılan sualdır. Mövzu ilə bağlı bir çox cavab verilsə də, Londonun əsas gücünü əks etdirən simalardan biri olan İngiltərə Gizli Xidmətinin (MI6) rəhbəri Aleks Yanqerin cavabı bizim üçün çox önəmlidir. Qısa müddət əvvəl öz istəyi ilə istefa verən, tarixi əməliyyatlara görə oğlunun bir sui-qəsddə ölməsini izləyən Aleks Yanqer deyib:

“Vitol Group-la məşğul olmaq vaxt itkisidir. Güc itkisinə səbəb olacaq bu vəziyyət indi daha çox Braziliyaya aiddir. “Vitol Group”u hədəf alan korrupsiya əməliyyatlarından heç bir nəticə çıxmayacaq. Kim bu korrupsiya məsələsini ortaya qoyubsa, əvəzini də ödəyəcək. Maraqlı bir məlumatı nəzərinizə çatdırım ki, Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş direktorlarından biri Maykl Hayden, Kit B. Aleksander və Maykl S. Rocers niyə işdən çıxarıldı? Faktları heç kim bilmirdi, amma yenə də getdilər. Cavab isə sadədir: “Vitol Group” onların direktorunu hədəf alıb. “Vitol Group”un direktoru Rassel Hardi və keçmiş direktoru İan Roper Teylor NSA-nı diz çökdürdü”.

Belə çıxır ki, dünyanın gözü-qulağı olan, hər kəsi izləyən təşkilat belə bəzi şəxslərə yaxınlaşa bilmirdi. Ancaq heç kimin bundan xəbəri yox idi. Əfsanəvi Aleks Yanqer bunları kimə deyib? Əlbəttə ki, kraliça II Elizabetə. Bəs nə zaman deyib? Şahzadə Herri evləndikdən dərhal sonra kraliçanı ziyarət etdiyi gün.

Bununla birlikdə, Aleks Yanqer Kraliçaya NSA və “Vitol Group” haqqında tam məlumat verməyib. NSA-nın direktorları “Qırmızı Kod”u çox vacib sayırlar. Çünki “Qırmızı Kod” güclü şəxslərin, yəni NSA-nın toxuna bilməyəcəyi şəxslərin siyahısıdır.

Hayden, Aleksander və Rocers NSA direktoru olduqlarında “Vitol Group” rəhbərlərini də dinləmək istədilər. Amma bu işə qatılan kimi işdən çıxarıldılar. Bu, “Vitol Group”un toxunulmazlığını nümayiş etdirərkən, həm də onun Vaşinqtonda nə qədər təsirli olduğunu sübut etdi. Vaşinqtonda faktiki olaraq yalnız bir güc var. Altındakı 2 zidd qüvvə hər zaman müharibə şəraitində olarkən əsas güc, yəni “Vitol Group” son qərar verən güc kimi ortaya çıxıb.

Eyni vəziyyət NSA məsələsində də baş verib. Deyəsən, nəzərdən qaçırılan şey də bu idi. Heç kim oyunun həqiqi formasını görmür. Qəribə səslənsə də, “Vitol Group”u müqayisə etmək üçün hər hansı bir güc yoxdur. Çünki Amerika dövləti 2 hissədən, İngiltərə dövləti 3 hissədən, Almaniya dövləti isə 2 hissədən, Fransa isə 3 hissədən ibarətdir. İndi bu sistemdəki strukturlar arasında əsas güc olmaq uğrunda mübarizə gedir.

ABŞ-ı nümunə kimi götürsək, Tramp da, Bayden də tam əks qütbləri təmsil edir. Ancaq 5 il əvvəl Tramp və Bayden həqiqətən eyni tərəfdə idi. Tramp eyni tendensiyanı Respublikaçılarda, Bayden isə Demokratlarda təmsil edirdi. Ancaq bu gün bəzən qırmızı mavini, bəzən də mavi qırmızını müdafiə etməyə başlayır. Tramp və Bayden də belədir.

Türkiyəyə aid olan məsələ isə “Vitol”un Aralıq dənizini istəməsidir. İllər əvvəl prinsipial razılaşma əldə etdiyi Aralıq dənizini indi rəsmi olaraq istəyir. Əlbəttə ki, bu çətin məsələdir. “Vitol” qurulduğu gündən bəri Aralıq dənizini hədəf alıb. İndi isə bu hədəfi yekunlaşdırmaq üçün ortaya çıxdı.

NSA-nı belə əhəmiyyətsiz bir güc kimi görən “Vitol”, təbii ki, Aralıq dənizindəki ən güclü qrup olacaq. Araşdırmalar da bunu göstərir.

Səudiyyə Ərəbistanı dünyanın ən önəmli neft istehsalçısıdır. Bəs “Vitol” ərəb neftinə embarqo qoysa, nə olar? “Aramco” iflas edər, Ərəbistan bir damla da neft sata bilməz. Əgər “Vitol” bu qərarı alsa, hətta Tramp və Bayden birləşsə belə, bu embarqo ləğv oluna bilməz.

İndi Aralıq dənizinə bu prizmadan baxmaq lazımdır. Düz yaxınlığımızda nəhəng, yeni bir dünya qurulacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar