Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatımız AŞPA-da çıxış etdi



“Azərbaycanın iqtisadi artım tempi çox yüksəkdir”


PİA.AZ AzərTac-a istinadən xəbər verir ki, bu fikri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının yanvarın 28-də keçirilən iclasında Azərbaycanın qurum yanındakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova çıxışında səsləndirib.

Qış sessiyasının üçüncü günü danimarkalı və xorvatiyalı deputatlar Nikolaj Vilumsen və İqor Kolmanın “Bərabərlik və böhran“ mövzusunda hazırladıqları məsələ ətrafında müzakirələr keçirilib.

Müzakirələrə qatılan deputat Sahibə Qafarov qeyd edib ki, son dövrlər dünya iqtisadiyyatında arzuolunmaz proseslər baş verir. Bunun səbəbləri müxtəlifdir və yalnız iqtisadi faktorlarla izah oluna bilməz. Bu, bir reallıq və dünyanı təhdid edən ciddi təhlükədir. Müasir qloballaşma dövründə böhranın domino effekti ilə hamıya təsir edə biləcəyi ehtimalı heç də az deyil. Ona görə də böhran qapımıza çatmamış hamımız profilaktik, preventiv tədbirlər görməyə borcluyuq.

Azərbaycanın çox zəngin karbohidrogen ehtiyatlarına malik və dünya bazarlarına neft ixrac edən ölkələrdən biri olduğunu diqqətə çatdıran S.Qafarova ölkəmizin neftin qiymətinin kəskin azalmasının təsirlərini minimuma endirə bildiyini xüsusi vurğulayıb. Milli Məclisin deputatı qeyd edib ki, xarici təsirlərə qarşı güclü immunitetin yaradılması sabit iqtisadi və maliyyə bazarının formalaşmasına imkan verib.

Hazırda da Azərbaycanda iqtisadi artım tempi dünya üzrə göstəricilərdən yüksəkdir. Dünyada bu gün iqtisadi geriləmə baş verir. Avropa ölkələrində artım tempi 0,5-1 faiz təşkil etdiyi halda Azərbaycanda bu rəqəm 2-3 faizdir. Azərbaycanın yüksək iqtisadi göstəricilər əldə etməsində güclü iqtisadi siyasət, makroiqtisadi siyasətin təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması üçün aparılan islahatlar mühüm rol oynayır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar