Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Sosial şəbəkələrdə təhqir və böhtanın yayılması yolverilməzdir”

“Anti-Azərbaycan dairələrdən aldıqları qrantlar qarşılığında onların sifarişlərini yerinə yetirən radikal ünsürlərin istəyi ölkəmizdə sabitliyin pozulmasıdır”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

M.Həsənovun sözlərinə görə, onlar bu məqsədlə müxtəlif təxribatlara əl atırlar:

“Radikal müxalifət anti-Azərbaycan dairələrin əlində alətə çevrilib və ermənipərəst qüvvələrin sifarişlərini yerinə yetirir, antimilli mahiyyətini nümayiş etdirir”.

“Bunlarla yanaşı, Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı çıxış edən, anti-Azərbaycan dairələrin xidmətçisinə çevrilən anti-milli ünsürlər sosial şəbəkələrdən mənəvi terror vasitəsi kimi istifadə edirlər. Onlar Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr səsləndirməklə yanaşı, həm də dağıdıcı çağırışlar ifadə edirlər. Dağıdıcı təfəkkürə malik olan bu ünsürlərin sosial şəbəkələrdən mənəvi terror vasitəsi kimi istifadə etmələri Azərbaycan cəmiyyətində ciddi narazılıq və etirazla qarşılanır.

Ümumiyyətlə, sosial şəbəkələrdə təhqir, böhtan xarakterli məlumatların yayılması, insanların şərəf və ləyaqətinin alçaldılması halları birmənalı şəkildə yolverilməzdir. Bu hallara qarşı qanunvericilik səviyyəsində mübarizə aparılması, belə hallara yol verənlərin konkret məsuliyyət daşıması, qanun qarşısında cavab verməsi zəruridir”,-deyə M. Həsənov bildirib. (modern.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - Sərəncam

İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - Foto

Ən çox oxunanalar