Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Demokratlar Trampı seçkidən kənarlaşdırmaq üçün yollar axtarırlar…

ABŞ senatoru Trampın seçkidən kənarlaşdırılması üçün “güclü arqument” tapdığını bildirib…

Virciniya ştatından demokrat senator Tim Keyn hesab edir ki, Konstitusiyaya edilən 14-cü düzəliş ABŞ-ın keçmiş prezidentinə tətbiq edilməlidir və bu da onun hökumətdə hər hansı vəzifə tutmasını qadağan edəcək.

Poliqon xəbər verir ki, senator bu barədə bazar günü ABC telekanalına müsahibəsində danışıb. ABŞ qanunvericisinin fikrincə ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2021-ci ilin yanvarında Kapitoliyə hücumda mümkün iştirakı ilə bağlı seçkidə iştirakdan kənarlaşdırılmalıdır. Senatora görə bu, ölkədə hakimiyyətin sülh yolu ilə keçidini əngəlləmək cəhdi kimi qiymətləndirilməlidir.

ABŞ Konstitusiyasına 14-cü Düzəlişin tətbiqi eks-prezidentin seçkilərdə iştirakdan kənarlaşdırılması üçün güclü arqumentdir. Kapitoliyə hücum, fikrimcə, konkret bir anda konkret məqsədlə təşkil edilib”, deyə senatör bildirib.

Keyd qeyd edib ki, Kapitoliyə basqın etmək faktiki olaraq hakimiyyətin dinc yolla ötürülməsinə mane olmaq idi və bu, Trampın ən yüksək dövlət postuna seçilməsini qadağan etmək üçün “güclü arqumentdir”.

Qeyd edək ki, 2022-ci ilin dekabrında 41 demokrat konqresmen ABŞ Konstitusiyasına 14-cü düzəlişə əsasən Trampın ABŞ hökumətində hər hansı vəzifə tutmasını, habelə dövlət başçısı seçilməsini qadağan edən qanun layihəsini ABŞ Nümayəndələr Palatasına təqdim edib. 14-cü Düzəlişin 3-cü Bölməsinə əsasən, and içərək “sonradan Birləşmiş Ştatlara qarşı üsyanda iştirak etmişsə, yaxud yardım göstərmişsə və ya düşmənlərinə kömək etmişsə” həmin şəxsin dövlət vəzifəsi tutması qadağan edilir. Əsas qanuna edilən bu dəyişiklik 1861-1865-ci illər vətəndaş müharibəsindən sonra Cənubdakı quldar ştatların tərəfində silahlı qarşıdurmada iştirak edən siyasətçilərin hüquqlarını məhdudlaşdırmaq üçün edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar