Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Demokratiyanın son mərhələsi - Milyarderlər ABŞ-da seçkiləri satın alır...

ABŞ-ın nüfuzlu “Amerikalılar Ədalətli Vergi Naminə” koalisiyası həyəcan təbili çalır...

PİA.az xəbər verir ki, ABŞ-ın nüfuzlu “Amerikalılar Ədalətli Vergi Naminə” koalisiyası “2022-ci il seçkilərində milyarderlərin pulu: seçkiləri satın almaq və demokratiyanı pozmaq” adlı yeni hesabat dərc edib.

Hesabata görə, oktyabr ayına qədər olan müddətdə ölkədə 465 milyarder 2022-ci ilin aralıq seçkiləri üçün rekord məbləğdə 881 milyon dollar ianə edib.

Əvvəlki illərlə müqayisədə ianələrin kəskin artması diqqəti çəkir: amerikalı milyarderlər 2018-ci il ara seçkilərində 611 milyon dollar, 2014-cü il ara seçkilərində 232 milyon dollar, 2010-cu il ara seçkilərində isə 32 milyon dollar ianə veriblər.

Ən böyük donor Soros

Gələn həftə ianələrin ümumi məbləğinin 1 milyard dollara yaxınlaşması gözlənilir. Ən çox ianə isə respublikaçıların hesabına köçürülüb. Milyarderlərin ianələrinin 59 faizi respublikaçılara, 39 faizi demokratlara, 2 faizi isə müstəqil namizədlərə gedib.

Biznesmen Corc Soros indiyədək 128,4 milyon dollarla Demokrat namizədlərin ən böyük donordur.

Sorosun ardınca Respublikaçı namizədlərə 67,3 milyon dollarlıq ianə ilə “Uline” gəmiçilik şirkətinin qurucuları Riçard və Elizabet İİlayn gəlib. “Hedc “fondunun meneceri Ken Qriffin respublikaçılara 66,1 milyard dollar ianə ilə siyahıda üçüncü olub.

İnvestor Cefri Yass respublikaçıların xeyrinə 47,3 milyon dollar, kriptovalyuta birjası FTX-in təsisçisi Sam Bankman-Frid isə demokratlara 39,7 milyon dollar bağışlayıb.

“Milyarderlərin pul axını demokratiyamızı boğur”

“Amerikalıların Ədalətli Vergi” koalisiyasının direktoru Frank Klemente hesabatla bağlı verdiyi açıqlamada namizədlərə təsir etmək və seçkilərdə qalib gəlmək məsələsində, “pul danışır”, ifadəsini işlədib. “Milyarderlərin pul seli demokratiyamızı boğur", deyə Klemente fikrini davam etdirib.

Milyarderlərin “hamı üçün işləyən iqtisadiyyat” üçün öz ədalətli payını ödəməyə başlamalı olduqlarını vurğulayan Klemente, “Hər kəs üçün işləyən bir demokratiyaya sahib olmaq istəyiriksə, milyarderlərin pullarının siyasətimizə təsirini xeyli azaltmalıyıq”, deyə qeyd edib.

Mənbə: https://americansfortaxfairness.org/issue/report-billionaire-money-2022-election/

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

Ən çox oxunanalar