Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daxili İşlər Nazirliyindən növbəti səyyar xidmət



Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, Xəzər RPİ-nin və Cəlilabad RPŞ-nin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə həmin rayonlarda vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi üzrə növbəti səyyar xidmət keçirilib


Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər rayonunun Zirə qəsəbəsində keçirilmiş belə tədbir zamanı 31 nəfərin, o cümlədən şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş 11, şəxsiyyəti təsdiqləyən sənədi olmayan 12 şəxsin, 8 yeniyetmənin şəxsiyyət vəsiqəsi ilə təmin olunmaları üçün müvafiq sənədləri qəbul edilib.

Bununla yanaşı, Cəlilabad şəhərinin 4 və 7 saylı məktəblərində, eyni zamanda, rayonun Üçtəpə və Günəşli kəndlərinin orta ümumtəhsil müəssisələrində təşkil olunmuş səyyar xidmətlər zamanı buraxılış siniflərində oxuyan ümumilikdə 324 şagirdin də sənədləri qəbul edilib.

Həmçinin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş 40 rayon sakininə şəxsiyyəti təsdiqləyən yeni sənədlər təqdim edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə təşkil olunan belə tədbirlər davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar