Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha üç rayonda qarlı havalara hazırlıqla bağlı müşavirə keçirilib

Qış mövsümünə hazırlıqla bağlı paytaxt rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı havalara hazırlıq tədbirləri davam edir...

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Poliqon-a verilən xəbərə görə, şəhərin və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib.

Paytaxtda qarlı havalara hazırlıq tədbirlərinin vəziyyəti məsələləri Pirallahı, Səbail və Qaradağ rayonlarında müzakirə edilib. Müşavirələrdə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, rayon rəhbərliyi, kommunal-təsərrüfat, idarə və təşkilatlarının, təhsil müəssisələrinin və digər aidiyyəti qurumların rəhbərləri, həmçinin özəl sektorun nümayəndələri də iştirak ediblər. Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.

Qeyd olunub ki, rayonlardakı hər bir qurum qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə aradan qalırmağı bacarmalıdır. Hazırda yerlərdə kifayət qədər duz və lazımi invertar ehtiyyatı yaradılıb. Bildirilib ki, hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidirlər. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb. Müşavirələrdə rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib.

Eyni zamanda həm də ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cağırış edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Ən çox oxunanalar