Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha çox varlı ölkələrin toplaşdığı BRİCS Avropa Birliyinə və G7 təşkilatına rəqib ola biləcəkmi?

BRİCS-ə üzv olmaq istəyən ölkələrin çox olmasına baxmayaraq, təşkilat daha varlı və regional gücə sahib olan ölkələri seçdi...

İqtisadçı-ekspert: “BRİCS-in genişlənməsi cəhdləri təbii ki, Qərb institutlarına müəyyən dərəcədə rəqabət yaratmaq cəhdləri ilə bağlıdır”.

“Əgər birgə fəaliyyət göstərmək qabiliyyətləri, imkanları olsa, bu zaman Qərb dövlətləri ilə müəyyən rəqabət yarada bilərlər. Amma dediyim kimi bunun üçün uzun yol lazımdır”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli BRİCS-in genişlənməsinin nəticələrini Poliqon-a şərh edərkən qeyd edib.

BRİCS-ə üzv olmaq istəyən ölkələrin çox olmasına baxmayaraq, təşkilat daha varlı və regional gücə sahib olan ölkələri seçdi. Misal üçün Belorus və Venesuela kimi ölkələr quruma üzv qəbul olunmadı. Bunun müqabilində isə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi şox varlı, Argentina, İran kimi regional güclər var.

Bu seçim barədə nə demək olar? Ümumiyyətlə, iqtisadi cəhətdən BRİCS Avropa Birliyinə və G7 təşkilatına rəqib ola bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Rusiyanın çox ciddi sevinməsinə baxmayaraq, Çin bu təşkilatda liderlərliyi öz əlinə götürmək üçün daha çox həvəslidir və daha çox imkanı var”.

Gələcəkdə hansı istiqamətdə inkişaf ediləcəyinin BRİCS-in institutlarının yaradılmasından asılı olacağını vurğulayan ekspert əlavə edib ki, əgər yaransa da, bu Çin mərkəzli institutlar olacaq:

“BRİCS-in genişlənməsi cəhdləri təbii ki, Qərb institutlarına müəyyən dərəcədə rəqabət yaratmaq cəhdləri ilə bağlıdır. Yəni, BRİCS-in əsas aparıcı ölkəsi Çindir və Çinin nüfuzu, iqtisadi gücü ətrafında özünə yeni birlik qurmaq cəhdlərini görürük. Çox adam elə bilir ki, burada Rusiya öndədir. Amma burada Rusiya deyil, Çin daha çox öndədir. Çünki BRİCS ölkələrinin hamısının qarşılıqlı ticarət dövriyyəsinə baxanda, görmür ki, Çin əzici üstünlüyə malikdir. Yatırımlara baxanda da, görünür ki, Çin əzici üstünlüyə malikdir.

Hətta, BRİCS arasında dollardan imtina etmək söhbəti qızışır. Amma söhbət dollardan imtina edib, Çin yuanına keçməkdən gedir. Bu nöqteyi-nəzərdən gələcəkdə hansı istiqamətin inkişaf etməsində asılı olacaq. Çünki Qərb ölkələrinin fəaliyyət göstərmək üçün müəyyən institutları da var. Amma BRİCS-in hələ institutlaşmasını biz görmürük. Hələ ki, niyyət bəyanatı var.

Bundan başqa BRİCS-də Çinlə çox ciddi ziddiyyəti olan ölkələr də var. Məsələn Hindistanla Çinin münasibətləri heç də yaxşı deyil. Eyni zamanda Səudiyyə Ərəbistanıİranın da bir-birləri ilə münasibətləri heç də yaxşı deyil. Buna görə də, BRİCS-in institusional olaraq hansı istiqamətdə inkişaf etməsi gələcəkdə onların birgə qərar alıb, ala bilməyəcəyi bacarığından asılıdır. Əgər birgə fəaliyyət göstərmək qabiliyyətləri, imkanları olsa, bu zaman Qərb dövlətləri ilə müəyyən rəqabət yarada bilərlər. Amma dediyim kimi bunun üçün uzun yol lazımdır.

Natiq Cəfərli: “Qərb ölkələrinin reaksiyasından da çox şey asılı olacaq”.

Xatırladım ki, BRİCS haqqında ilk məlumatlar, ilk danışıqlar 2006-ci ildə başladı. Amma indi, 2023-cü ildə genişlənməsi ilə bağlı müəyyən qərarlar verildi. Yəni, üstündən 17 il keçəndən sonra bu qərar verildi. Bu da elə də asan olan proses deyil.

Onu da qeyd edim ki, Qərb ölkələrinin reaksiyasından da çox şey asılı olacaq. Çünki həmin ölkələr arasında Qərblə kifayət qədər yaxşı münasibətləri olan ölkələr də var. Hindistanın, Ərəb ölkələrinin Qərblə yaxşı münasibətləri var.

Bir daha xatırladım ki, gələcəkdə hansı istiqamətdə inkişaf ediləcəyi BRİCS-in institutlarının yaradılmasından asılı olacaq. Əgər yaransa da, bu Çin mərkəzli institutlar olacaq. Yəni, Çinə xidmət edəcək institutlar olacaq. Bu da çox ciddi bir məsələdir. Rusiyanın çox ciddi sevinməsinə baxmayaraq, Çin bu təşkilatda liderlərliyi öz əlinə götürmək üçün daha çox həvəslidir və daha çox imkanı var”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar